Siyasət

  • 3 457

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Əhmədov Tural İzətulla oğlunun ailəsini ziyarət etmişdir

image

YAP Qusar rayon təşkilatının nümayəndələri " Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsinin şəhidi Əhmədov Tural İzətulla oğlunun ailəsini ziyarət etmişdir.

Qeyd edək ki, Əhmədov Tural İzətulla oğlu 5 iyun 2001-ci ildə Qusar rayonun Mucuq kəndində anadan olmuşdur. Vətən müharibəsində şəhid olmuş Tural Əhmədov torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə “Vətən uğrunda” və “Cəsur döyüşçü medalları ilə təltif edilmişdir.
Səmimi görüşdə təşkilatın nümayəndələri şəhid ailəsinin qayğıları ilə maraqlanmış və onları narahat edən məsələlərin tezliklə həll etməyə çalışacaqlarını bildirmişdir.
Söhbət zamanı şəhidin anası Elza Əhmədova Prezident İlham Əliyevin və Birinci – Vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı və diqqətdən razı olduqlarını bildirmişdir.
Görüşdən sonra şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri ilə birlikdə təşkilatın fəalları şəhid Tural Əhmədovun məzarını ziyarət etmiş və xatirəsini ehtiramla yad etmişdir.

yap.org.az

Digər xəbərlər