Siyasət

  • 3 077

Bakının səbri yenidən tükənir və bu dəfə... ANALİTİK+AKTUAL

image

Düşmən hər bir həyatını itirmiş Azərbaycan vətəndaşına görə daha ağır və sərt borcunu ödəyəcək!

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərə son verilmir. Belə ki, Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində tank əleyhinə minanın partlaması nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, eləcə də digər media nümayəndəsi, AzərTAC-ın reportyoru Məhərrəm İbrahimovun, həmçinin Kəlbəcər rayon İH-nin Susuzluq kəndi üzrə icra nümayəndəsi Arif Əliyevin şəhid olmaları, daha dörd nəfərin isə müxtəlif dərəcəli qəlpə xəsarətləri alaraq yaralanmaları sözügedən cinayətlərin davam etməsi anlamını daşımaqdadır.
Bu, həmin Ermənistandır ki, sonuncu müharibədə tamamilə məhv olmaq dərəcəsinə çatdığını anladıqdan sonra istər beynəlxalq təşkilatların, istərsə də Azərbaycan dövlətinin ayaqları altına yıxılaraq hərbi əməliyyatların dayandırılması üçün dizin-dizin sürünürdü, yalvarırdı!
Beləliklə, erməni vəhşiliyinin qanlı əməllərinə daha biri də əlavə olundu. Halbuki, hərbi əməliyyatların dayandırılmasından 7 ay ötməsinə baxmayaraq, Ermənistanın 30 il boyunca, eləcə də, ikinci Qarabağ müharibəsi dövründə torpaqlarımıza döşədikləri külli sayda minaların partlaması səbəbindən həyatlarını itirənlərin sayları artmaqdadır. Və bu, həmin Ermənistandır ki, sonuncu müharibədə tamamilə məhv olmaq dərəcəsinə çatdığını anladıqdan sonra istər beynəlxalq təşkilatların, istərsə də Azərbaycan dövlətinin ayaqları altına yıxılaraq hərbi əməliyyatların dayandırılması üçün dizin-dizin sürünürdü, yalvarırdı!Beləliklə, rəsmi Bakının mina xəritələrini tələb etməsinə baxmayaraq, İrəvan bu tələbləri nəinki yerinə yetirməkdən boyun qaçırır, habelə ərazilərimizə diversant-terrorçu qrupları göndərməklə yeni minalar döşətdirir. Nəticədə Ermənistan kobud şəkildə beynəlxalq hüquq normalarını pozur, eləcə də Cenevrə və Avropa konvensiyalarında qəbul edilmiş protokolları, müddəaları heçə sayır.
Ermənistanın son vaxtlar törətdiyi bütün cinayətləri nədənsə “Amnesty İnternational” və “Human Rights Watch”, həmçinin avropalı strukturlar, qərb ölkələri, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən susqunluqla qarşılanır
Bu baxımdan, belə qənaətə gəlmək olar ki, erməni tərəfinin hədəfi aydındır – Azərbaycan vətəndaşları arasında daha çox qurban saylarına müvəffəq olmaq, eləcə də mina təhlükələri yaratmaqla öz doğma yurd-yuvalarından qovulmuş yüzminlərlə azərbaycanlıların evlərinə, torpaqlarına dönüşlərini maksimum şəkildə yubatmaq, işğaldan azad edilmiş ərazilərdə bərpa-inşaat işlərinə mane olmaq.Lakin daha bir düşündürücü cəhət budur ki, Ermənistanın insan hüquqları və prinsiplərini kobud şəkildə pozması bir sıra beynəlxalq insan hüquqları təşkilatları tərəfindən etinasızlıqla qarşılanır, bu da əlbəttə ki, yenidən bəlli dairələrin ikiüzlü siyasətlərini ortaya qoymaqdadır. Misal üçün, Ermənistanın son vaxtlar törətdiyi bütün cinayətləri nədənsə “Amnesty İnternational” və “Human Rights Watch”, həmçinin avropalı strukturlar, qərb ölkələri, xüusən də ATƏT-in Minsk qrupu tərəfindən susqunluqla qarşılanır. Bu dairələr 30 il boyunca Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi barədə bir dəfə də olsun birtərəfli çıxışlar etməyiblər, o cümlədən, işğalçı qüvvələrin ölkəmizin beynəlxalq çərçivədə tanınan ərazilərindən işğalçı qüvvələrin çıxmaları barədə bəyanat yaymayıblar, mina xəritələrinin verilməsi məsələsində də yekdil, qəti qərarların, tələblərin olmadığı göz önündədir.Əgər biz bu faktları görürüksə, demək ki, həm də belə qənaətə gələ bilərik - əgər bu qurumlar, dairə və strukturlar Ermənistan qarşısında qəti tələblər qoymurlarsa, demək ki, istər dolayı, istərsə də bilavasitə terrorçularla əlbir olduqlarını nümayiş, yaxud etiraf edirlər. Buna başqa cür necə ad vermək olar?!Və ya sözügedən məsələyə digər cinahdan yanaşaq: bu həmin qurum və təşkilatlar, siyasi dairə və strukturlardır ki, Azərbaycan ərazilərində diversiya-terror hadisələri törətmək məqsəsdi ilə fəaliyyətə keçən, nəticədə saxlanılaraq hüquq qarşısına çıxarılan ermənilərin “hərbi əsir” adı altında azadlığa buraxılaraq geri qaytarılmalarını tələb edirlər (?!).
Azərbaycanın öz ərazilərində bu dəfə daha qərarlı antiterror əməliyyatları keçirmək şanslarını artırır və bu qərarın hər an veriləcəyini də gözləmək mümkündür
Lakin bütün bunlar baş verməyə də bilərdi. Yəni Ermənistan mina xəritələrini Azərbaycana təqdim etsəydi, terrorçu-diversant dəstələrini ərazilərimizə göndərməsəydi bu gün hər kəs İravanın Bakı ilə sülhə doğru birgə addımlamaq istədiyində olduğunu deyərdi. Ancaq bu addımdan imtina etmək məntiqcə Ermənistanın yeni müharibə ab-havasında olduğunu göstərir, halbuki bu ölkənin nəinki müharibə aparmağa, heç ayaqda dayanmağa halı yoxdur. Revanşçılıq hisslərinin artması isə Azərbaycanın öz ərazilərində bu dəfə daha qərarlı antiterror əməliyyatları keçirmək şanslarını artırır və bu qərarın hər an veriləcəyini də gözləmək mümkündür. Ermənistanın və onun havadarlarının isə buna qətiyyən şübhəsi olmamalıdır!Düşmən hər bir həyatını itirmiş azərbaycanlının həyatına görə daha ağır və sərt borcunu ödəyəcək! Həmin düşmən ki, 44 günlük müharibə belə onun ağlını yerinə gətirməyib və buna görə də özü-özündə günah axtarmalı olacaq!

sia.az

Digər xəbərlər