Siyasət

  • 3 047

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

image

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

SİA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından Zati-alinizə və ölkənizin xalqına salamlarımızı və təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq.

ICESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazırdır. Biz bu əlamətdar günü Sizinlə və xalqınızla birlikdə qeyd edirik.

Hazırda və gələcək illərdə ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımızı qəbul edin".

Digər xəbərlər