Siyasət

  • 3 412

Əli Kərimlinin şantajçı iç üzü

image

“Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir” zərb-məsəli müdrik Nizami Gəncəvinin iki əks qütbdə dayanan “Xeyir və Şər”inin mübarizəsi ilə eyniləşdirib. Bütün sınaqlarda böyük xeyirxahlıq nümayiş etdirən “Xeyir”in, sonda qazanmış olduğu parlaq qələbəsinin fövqündə “Şər”in rəzil ölümü, əslində, əbədi həqiqətin mütləq təntənəsinin təzahürü idi.Bu gün radikal müxalifət düşərgəsində dünyada və ölkə daxilində gedən siyasi proseslərə hələ də "eksperiment" kimi yanaşan, «imkanları ilə iddialar» tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən, hətta ciddilikdən uzaq olan insanlar yox, viruslar var. Bu, o viruslardır ki, öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq unudurlar ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib. Və xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Həmin radikal düşərgənin əsas "oyunçular"ından biri olan AXCP sədri Əli Kərimlinin son vaxtlar siyasi "fəalılığını artırması da partiya rəhbərinin xaricdən yeni "əmr" aldığını bir daha təsdiqləyir. Aparılan təhlillər göstərir ki, təşkilat daxilində demokratiya yarada bilməyən, qarşıdurmalar, intriqalar törədərək bundan öz maraqları naminə istifadə edən partiya sədrinin arxasınca heç kim getmir.

Əli Kərimli həqiqət hər zaman yalan üzərində qələbə çalıb
Ancaq bu dəfələrlə sübut olunsa da, Əli Kərimli kimi satqın, şantajçı viruslar bunu anlamaq imkanında deyil. Bu gün xalq-iqtidar birliyi hər bir sahədə özünü göstərir. Bu gün xalq-iqtidar birliyini, Azərbaycan dövlətinin diplomatik «Dəmir yumruq» siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il əsarətdə saxlayan, “Böyük Ermənistan” xülyasına, “24 aprel” stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu, Azərbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çaldı. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Beləliklə, bir daha bütün dünya Azərbaycanın illər boyu haqq yolunda olduğunun şahidi oldu. Çünki haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız. Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayır. Əlbəttə ki, bu addımların altında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti əzilib, əziləcək. Və bir daha yalanın qısa ömürlü, həqiqətin əbədi olduğunu göstərə bildi.
Haqq nazilər, amma üzülməz
Belə olan halda, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində Azərbaycanın uğurlarını görən gözü niyə kor, eşidən qulağı kardır? Baxın, Bakıda keçirilən «Formula-1" yarışlarını "zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir»,-yazır. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən "Formula-1" səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların "əsəbini tarıma çəkir”.Bax, budur özünün "siyasətçi" adlandıran bədbəxt partiyanın rəzil sədrinin «düşüncəsi». Və bir daha Əli Kərimlinin müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşməməsi və anlamaması, doğrudan da, bədbəxtçilikdir. Budur, satqın Əli Kərimlinin hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir etməsi.Anlamır ki, "Formula-1" onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Həmçinin, yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə "Formula-1" Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib.
“Formula-1” həm də dövlətin nüfuzunun göstəricisi, qürur mənbəyidir
“Formula-1” həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazımi infrastruktura, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə ard-arda Avropa oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirib.Satqınçılıq «brendi» olan Əli Kərimli isə bilsin ki, istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxacdan allergiya olmur. Və ölkəmizin xoşagəlməz bir mənzərəsini "yaratmağa" çalışsan da, xalq silah gücü ilə bir illik hakimiyyət dövrünü unutmayıb. Unudub ki, onlar hakimiyyətdə olanda Azərbaycanda nə sabitlik var idi, nə əmin-amanlıq, nə dinclik. İnsanlar xaos, anarxiya və dərəbəylikdən zinhara gəlmişdilər. İndi Azərbaycanı bütün dünya sabitliyin və əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanıyır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və bununla da hərc-mərcliyə son qoyuldu, Azərbaycan dinamik inkişaf yoluna çıxdı. Əli Kərimli unudur ki, onlar hakimiyyətdə olanda Bakıda və regionlarda nə salamat yol, nə də zədələnməmiş bina var idi. İndi Bakı dünyanın ən gözəl şəhərləri ilə müqayisə olunur, burada ən müasir və cəlbedici binalar, hotellər, yol qovşaqları inşa edilir. Əli Kərimli unudur ki, Bakıda dünyanın ən mötəbər mahnı müsabiqəsi keçirilir və bu şərəf heç də hər ölkəyə nəsib olmur. Bəlkə Əli Kərimli Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv seçilməsini, dünyada rolu və əhəmiyyəti artmış bir dövlətə çevrilməsini də unudub.Ancaq Əli Kərimli və onun kimi satqınlar bilməlidirlər ki, həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Və Azərbaycan isə artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz!“Görkəmli hüquqşünas” Əli Kərimlinin radikal arzuları isə heç kimə gərək deyil.

sia.az

Digər xəbərlər