Siyasət

  • 3 943

"Dünya Azərbaycanın reallıqlarını görmür" - REKTORDAN SƏRT REAKSİYA

image

“Ermənilərin Ağdamda qəbirlərin arasına səngər qazmaları onların müqəddəs dəyərlərə və başqa xalqlara verdiyi dəyəri göstərir. Bu dəyər dırnaqarası bir amildir. Çünki, bu ermənilərin ilk hörmətsizliyi deyil. Bilirsiniz ki, Ağdamın çox böyük bir qəbirsanlığı yerlə-yeksan olunaraq, qəbirlərdən insanların sümükləri çıxardılıb. Eyni zamanda, digər işğal olunmuş Azərbaycan rayonlarında da eyni vəhşiliyi görə bilirik”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov deyib.Onun sözlərinə görə, ermənilərin bu hərəkəti nə xristianlığa, nə də digər dinlərə uyğundur: “Ermənilər özlərini guya xristianlığın ən qədim mənsublarından biri hesab edirlər. Amma xristian dinində qəti şəkildə qəbirlərə qarşı hörmətsizlik qəbulolunmazdır. Bu xristianlığın bütün mənsəblərində belədir. Bu onu göstərir ki, onlar ümumbəşəri dəyərlərə qiymət vermirlər və bu dəyərləri ayaq altına alırlar. Özlərini xristian göstərərək, xristian dininin təməllərinə zidd hərəkət edirlər”.“Bildiyimiz kimi, Azərbaycan ermənilərin məbədlərinə, müqəddəs məkanlarına qarşı heç vaxt belə hörmətsizlik etməyib. Hal-hazırda Bakının mərkəzində erməni kilsəsi var və bu erməni kilsəsi dövlət tərəfindən qorunur. Eyni zamanda, biz buna ölkənin başqa yerlərində də şahid ola bilərik. Amma ermənilər bu vəhşiliyi həm bizim evlərimizə qarşı, həm də qəbirlərimizə qarşı törətdilər”.Aqil Şirinov sözlərinə belə davam edib: “Bu gün ermənilərin bu hərəkətlərini Azərbaycan dövləti və xalqı qeydə alır. Bu bizim hafizəmizdə qalır və unudulmur. Mənə elə gəlir ki, bu vəhşiliyi dünya ictimaiyyətinə də çatdırmaq lazımdır. Çünki, dünyanın heç bir sivil ölkəsində insanların qəbirlərə qarşı belə vandal hərəkət etməsi qəbuledilməzdir. Lakin, təəssüf ki, dünyanın buna real reaksiyası o qədər də çox deyil. İkili standartlar var. Ermənilərin yalanları öz əksini tapdığı halda, bizim reallıqlar gözə görünmür. Burada xüsusilə də, Qərb mətbuatı nəzərdə tutulur”.“Qeyd edim ki, onlar yalnız qəbirlərin arasında səngər qazmırlar. Eyni zamanda, qəbirlərdən insanların skeletlərini belə çıxarıblar. Hətta, ciddi faktlar var ki, onlar qəbirlərdəki insanlardan qızıl dişlər belə axtarırlar. Bu hadisə nəinki xristianlığa, həm də ümumbəşəri dəyərlərə ziddir və qəbulolunmazdır”.Rektor son olaraq da onu deyib ki, Azərbaycan artıq torpaqlarını azad edib və azad olunmuş torpaqlarda evlərlə yanaşı müqəddəs saydığımız yerlər də bərpa olunur: “Buraya məscidlər və türbələr daxildir. Azərbaycan xalqı öz torpaqlarını yaradıb tikəcək və işğal olunmuş ərazilər əvvəlkindən daha yaxşı hala gələcək”.

sia.az

Digər xəbərlər