Siyasət

  • 3 091

Bişərəf və satnıqlar haqq etdikləri cəzalarını almalıdırlar! TƏRS BAXIŞ+ÖZƏL

image

Bəs buradakı xainlərin üzərində nə zaman “əl gəzdiriləcək”? Bax, bu sualın da artıq əməli qaydada verilməsinin tam zamanıdır, hətta gecdir belə..!

Sosial şəbəkələrdə boy-boy “millət”, “vətən” çığır-bağırtıları salmaqla, əslində siyasi klounluqları və vətənşivənlikləri ilə özlərini daha çox ifşa edən Avropadakı xainlər yığnağı, eləcə də onların Azərbaycandakı “başbilənləri” bu dəfə Kəlbəcərdə düşmən tərəfindən basdırılmış minanın partlamasında nəticəsində şəhid olan jurnalistlərimizin ruhlarına qarşı həqarətli davranışları ilə gündəmə gəliblər.
Yəni fakt budur – hansı mənada və mövzuda olursa-olsun, əgər erməni faktorundan yan keçirilir, onun əvəzində isə Azərbaycan hakimiyyəti günahkar çıxarılırsa, demək ki, onlara bu tapşırıq və əmrləri ödənişlərlə sifariş edən Qərbdəki erməni məlikləridir!
Belə ki, jurnalist həmkarlarımızın şəhidlikləri ətrafında səsləndirdirilən ürəkbulandırıcı, absurd, heç bir mənəviyyata, ləyaqətə sığmayan haray-şivənlər artıq Azərbaycan xalqında da onlara qarşı hədsiz hiddət və nifrət hisslərini artırmaqdadır. Söz yox ki, birbaşa (!) düşmənlərimizə işləyən və onların çörəklərini gödənlərinə dolduran bu satqınlar yığnağının irəli sürdükləri hər söz və ifadələri Ermənistanda da rəğbətlə qarşılanır. Bunu isə anlamaq, dərk etmək heç də çətin deyil. Yəni fakt budur – hansı mənada və mövzuda olursa-olsun, əgər erməni faktorundan yan keçirilir, onun əvəzində isə Azərbaycan hakimiyyəti günahkar çıxarılırsa, demək ki, onlara bu tapşırıq və əmrləri ödənişlərlə sifariş edən Qərbdəki erməni məlikləridir!Məsələn, uzun müddətdir ki, aralarında aşkar düşmənçilik yaşanan AXCP sədri Əli Kərimli ilə “Osmanqızı tv”nin rəhbəri Sevinc Osmanqızı Kəlbəcərdəki hadisədən sonra nədənsə “barışdılar” və təcili olaraq bir araya gəlməklə erməni pullarını “sayğaclarına” vurmağa başladılar. Əlbəttə ki, simasızlar, ləyaqət hissi olmayanlar üçün belə məsələlər önəmli deyil. Daha dəqiq desək, Sevinc Osmanqızı üçün şəxsin (bir müddət əvvələ qədər dalına-qabağına söydüyü Əli Kərimlinin) kimliyi maraqlı olmur və onun üçün mühüm olan Azərbaycan xalqının düşmənlərinin sifarişini yerinə yetirilməkdir, eləcə də Əli Kərimli haqqında da bunu demək yerinə düşərdi. Bu xain ünsürlərdə qərəz, kin və ən əsası, siyasi həyasızlıq o dərəcədə inkişaf edib ki, 30 il ərzində torpaqlarımızı işğalda saxlayan, yolları, keçidləri minalayan Ermənistana dünya ictimaiyyətindən, beynəlxalq təşkilatlardan olmalı olan təzyiqləri səsləndirmələri yerinə, düşüblər Azərbaycan hakimiyyətinə, ölkə başçısına qarşı yersiz, əsassız, sərsəm və düşük şəkillərdə fikirlər səsləndirməyə. Buna başqa hansı adı verəsən?!

Kəlbəcərliləri erməni mühasirəsində qoyub, Başlıbel soyqırımının törədilməsinin baiskarı da sizlər deyilmisiniz?!

Özünü zorla ictimai rəyin sırıyan və “müxalifət lideri” adlandıran Əli Kərimliyə deyən yoxdur ki, axı sən hansı üzlə, hansı haqla özünü ortalığa atıb sözün əsl mənasında kuklalıq edirsən? Qarabağın açarı adlandırılan Kəlbəcəri erməniyə elə sənin təmsil olunduğun AXC-Müsavat iqtidarı heç bir müqavimət göstərmədən təhvil verib, digər rayonların işğalı üçün də zəmin yaratmadımı? Kəlbəcərliləri erməni mühasirəsində qoyub, Başlıbel soyqırımının törədilməsinin baiskarı da sizlər deyilmisiniz?!O da məlumdur ki, Ermənistan 30 il boyunca Azərbaycana qarşı işğalçılıq mövqeyindən əl çəkməyib, ərazilərimizi minalayıb, indi də mina xəritələrini verməkdən boyun qaçıraraq hərbi cinayətlərini, öncədən hazırlanmış terror aktlarını davam etdirir. Belə olan halda AXCP sədri Əli Kərimli, elə ondan geri qalmayan Müsavat başqanı Arif Hacılısı, Paşinyanı “təmiz və vicdanlı adam” kimi təqdim edən “Milli Şura”nın sədri Cəmil Həsənlisi, niyə mina xəritələrinin Ermənistan tərəfindən verilməməsi ilə bağlı hansı bir status paylaşmırsınız? Nəyə görə bununla bağlı davamlı olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən Qərb təşkilatları “Human Rights Watch”a, “Amnesty International”a, şikayət məktubları göndərmirsiniz, hansı səbəbə görə zaman-zaman bir-birinizin arxasında növbəyə düzləndiyiniz Qərb ölkələrinin səfirlikləri qarşısnda yenidən növbəyə düzlənib, ölkənin maraqlarının təmin olunması üçün ən cüzi davranış belə sərgiləmirsiniz?Avropa Şurasına, Avropa İttifaqına, Avropa Parlamentinə, İnsan Haqları Məhkəməsinə və s. təşkilatlara müraciət etməməyinizi haraya yazaq?!
Əli Kərimlinin bişərəflik mexanimzi belə inkişaf edir
Bu gün sosial şəbəkələrdə hətta yaşlarından, başlarından abır etməyərək, ŞƏHİD (!) jurnalistlərimizə qarşı təhqir dolu ifadələr işlədənlərin, eləcə də həyatları zəhərlənmiş bir qrup gənclərin hər birinin idarəçilik mexanizmi əsasən AXCP sədri Əli Kərimlinin əlindədir. Yəni qısaca desək, onun trolları insanlığa layiq olmayan bişərəfliklərini bütün çılpaqlıqları ilə nümayiş etdirirlər. Təkcə onların profil və səhifələrinə diqqət yetirsəniz, əslində düşmənin həm də böyrümüzdə, yanımızda olduğunu rahatlıqla hiss edərik.
Avropadakı idrarvarilər yığnağının əsas nümayəndələrindən olan Məhəmməd Mirzəli, yaxud Leyla Yunusla mətbuat konfransı keçirib, Xocalı soyqırımı ilə bağlı verilən suala gülə-gülə, həyasızcasına əl çalan Emin Hüseynov və digər həqarətlər haqq edən ünsürlər boş dayanmayıblar, erməni köpəklərinin yallarından bəhrələniblər
Təəccüblü deyil əslində. Ona görə təəccüblü deyil ki, elə ötən ilin iyulunda baş vermiş Tovuz hadisələrində də, həmçinin 44 günlük müharibədə də sizlərin cınqırları çıxmadı, hətta (!) Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatlarına da qoşulmadınız, bəs bunun cavabını, hesabatını niyə vermirsiniz?! Bəllidir, bunu etsələr gödənlərinə axan erməni çörəyinin və suyunun qarşısı kəsilər! Nə deyəsən, xaindən bütün şərəfsizlik addımlarını gözləmək olar!Yeri gəlmişkən, bu gün arvadının ona “şərəfsiz” dediyindən fərxrlə danışan Avropadakı idrarvarilər yığnağının əsas nümayəndələrindən olan Məhəmməd Mirzəli, yaxud Leyla Yunusla mətbuat konfransı keçirib, Xocalı soyqırımı ilə bağlı verilən suala gülə-gülə, həyasızcasına əl çalan Mehman Hüseynovun qardaşı, RATİ-nin sədri Emin Hüseynov və digər həqarətlər haqq edən ünsürlər də necə deyərlər, boş dayanmayıblar, erməni köpəklərinin yallarından bəhrələniblər. Məsələn, Emin Hüseynov “Obyektiv tv”də Kəlbəcərdə baş vermiş mina partlayışında “günahkar kimdir, məsuliyyət kimdədir?” sualına konkret cavab verə bilməyib, yaxud vermək istəməyib. Bu şərəfsizlik nümunəsi nədənsə günahı əsasən Azərbaycan tərəfində gördüyünü deyib və üzr istəməli tərəfin Azərbaycan olduğunu da deyib (?!). Əslində bu məxluqun kimliyi, hansı nəsildən olması, damarlarında hansı məlum millətin qanının axması da məlumdur. Görünür, erməni soykükü ona günahkarın məhz Ermənistan olduğunu deməsinə imkan vermir, necə deyərlər, qan çəkir.Beləliklə, faktlar, sübutlar ortadadır və bu dəfə də kimin-kim olması üzə çıxır. Ancaq təəssüf doğuran məqamlardan biri də budur: biz yaxşı bilirik ki, Qərb ölkələrində oturub erməni çörəyi yeyib, suyunu içənlər gec, ya da tez öz layiqli, haqq etdikləri hüquqi və s. cəzalarını alacaqlar. Bəs buradakı xainlərin üzərində nə zaman “əl gəzdiriləcək”? Bax, bu sualın da artıq əməli qaydada verilməsinin tam zamanıdır, hətta gecdir belə..!

sia.az

Digər xəbərlər