Siyasət

  • 2 696

YAP Laçın rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

image

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Laçın rayon təşkilatı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid ailələri ilə görüşləri davam etdirir. Növbəti görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, rayonun Aran kənd ümumi orta məktəbin direktoru Müşviq Rüstəmov şəhidimizin müəllimləri və məktəb şagirdləri şəhid Etibar Mehman oğlu Nəcəfovun böyüyüb başa çatdığı Ağcabədi rayon Aran kəndində onun adına inşa edilmiş bulağın açılışında iştirak ediblər.Tədbirdə rayon təşkilatını sədri İlqar İlyasov şəhid ailələri ilə keçirilən görüşlərdə torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsinin tariximizə qızıl hərflərlə yazılmasında şəhidlərimizin rolu və onların xatirəsinin yaddaşlara əbədilik həkk olunmalarından danışıb. Açılışda iştirak edən şəhidin atası Mehman Nəcəfov Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını, ölkəmizdə şəhid ailələrinə, qazilərə dövlət tərəfindən, xüsusilə Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər. Həmçinin, görüş zamanı şəhid valdeynlərinin problemləri ilə maraqlanılıb, şəhid ailələrinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.

sia.az

Digər xəbərlər