Siyasət

  • 2 713

Arif Fərzəliyev: Radikal müxalifətin davranışı milli maraqlara, xalqımıza və dövlətimizə qarşı xəyanətdir

image

“Terrorçu zehniyyətdən əl çəkməyən Ermənistanın minalanmış ərazilərin xəritələrini ölkəmizə verməməsi bu dövlətin faşist ideologiyasına xidmət etdiyini növbəti dəfə təsdiqləyir.

İyunun 4-də iki jurnalistin və bir mülki şəxsin həyatını itirməsi ilə nəticələnən mina partlayışı düşmən ölkənin müharibə cinayətlərini davam etdirdiyini göstərir. Bu gün Ermənistanın bu cinayətlərini susqunluqla müşahidə edən, heç bir təzyiq göstərməyən beynəlxalq təşkilatlar isə açıq şəkildə ikili standartlardan çıxış edirlər. Ən ağrılı məqam isə odur ki, hətta ölkəmizin daxilində belə xəyanətkar mövqedə olanlar tapılır. Ermənipərəst mərkəzlərə xidmət edən radikal müxalifət baş vermiş cinayətin səbəblərini və günahkarlarını başqa yöndə “axtarmağa” çalışır”.Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.Onun sözlərinə görə, radikal müxalifətin bu davranışı milli maraqlara, xalqımıza və dövlətimizə qarşı xəyanətdir. Ermənistanın terrorçu siyasətinə qarşı heç bir zaman etirazını bildirməyən dağıdıcı müxalifət Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların önündə yer almağa çalışır: “Ötən il torpaqlarımızın işğaldan azad olunması uğrunda aktiv döyüşlərin davam etdiyi zaman Azərbaycanın siyasi-ictimai mühiti, xalqımız bir yumruq kimi birləşərək düşmənə qarşı mübarizəyə kökləndi. Müharibə dövründə özünü bu milli birlikdən kənarda saxlayan radikal müxalifət bu gün də erməniləri müdafiə etməkdən çəkinmir. Görünən budur ki, həmin şəxslər ermənipərəst mərkəzlərdən yeni sifarişlər alıblar. Bunun adı isə xəyanətdir”.

yap.org.az

Digər xəbərlər