Siyasət

  • 2 707

Düsen Kaseinov: Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

image

Türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahələrdə və parlamentlərarası əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iyunun 9-da Atatürk Mərkəzində “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda deyib.
Türkdilli dövlətlərinin 1990-cı illərdən sonra böyük inkişaf yolu keçdiyini qeyd edən Düsen Kaseynov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün münasibətlərin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, TÜRKSOY-un yaradılması da məhz bu məqsədə xidmət edir.
Türkdilli dövlətlər arasında dostluq əlaqələrinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən Düsen Kaseinov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər hamımızın qələbəsidir. Müstəqilliyimiz daimi olsun.

yap.org.az

Digər xəbərlər