YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsi şəhidi İbrahimov Elmir Akif oğlunun rayonun Məzrəli kəndindəki məzarını ziyarət edib.

Şəhid valideynləri ilə görüş zamanı bildirilib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ zəfərini bəxş edib. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaq.
Görüşdə şəhidin Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi vurğulanıb.
Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

yap.org.az