Siyasət

  • 2 859

“Ermənistan cəmiyyəti kriminallaşır və bu, siyasi müstəviyə keçir” POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU

image

“Ümumiyyətlə, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində qütbləşmə ciddi şəkildə kəskinləşir və tərəflər bir-birinə qarşı hətta, ölüm kimi hədələyici ültimatumlar belə verirlər. Biz bunu Robert Koçaryanın, Serj Sarkisyanın və Nikol Paşinyanın misalında görürük və düşünürəm ki, bu istiqamətdə əgər proses davam edəcəksə, seçkidən sonra, Nikol Paşinyan qələbə qazanacağı təqdirdə bu, ciddi şəkildə İrəvan küçələrində silahlı toqquşmaya gətirib çıxara bilər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloq qeyd edib ki, Nikol Paşinyanın, Robert Koçaryanın, Serj Sarkistanın, göründüyü kimi, rusiyapərstlərin hakimiyyət mübarizəsi eyni müstəviyə keçib və bu müstəvidə tərəflərin silaha əl atması da mümkün görünür.“Düşünürəm ki, Robert Koçaryanın Zəngəzur istiqamətində təbliğat-təşfiqat kompaniyaları ilə tərəfdarlarını aktiv şəkildə öz ətrafına toparlaması, Nikol Paşinyana burada ölüm kimi şuarların verilməsi, onun hətta duelə çağırılması kimi proseslər göstərir ki, Ermənistan cəmiyyəti artıq kriminallaşır. Bu kriminallaşma siyasi müstəviyə keçməklə Ermənistan dövlətinin daha da zəifləməsinə və siyasi deqradasiyaya gətirib çıxaracaq.Ümumiyyətlə, gözlənilən bu seçki Qarabağ müharibəsində məğlubiyyətlərindən sonra Ermənistanın fəlakətinə aparacaq bir proses kimi görünür və Nikol Paşinyanın konkret şəkildə reytinqi də aşağı düşüb. Məlum məsələdir ki, Azərbaycan-Ermənistan sərhəddində delimitasiya və demarkasiya prosesində təxribatlar fonunda Azərbaycanın prinsipial mövqeyi Paşinyanın reytinqinə mənfi təsir edib. Buna baxmayaraq, təbii ki, bizim üçün də maraqlıdır ki, Ermənistan dövləti zəifləsin və qütblərə parçalansın, Ermənistan cəmiyyəti bir-birinə qarşı artıq düşmənçilik müstəvisinə keçsin. Göründüyü kimi, artıq bu hal alıb və Ermənistanda iyunun 20-də keçiriləcək bu seçkilər mütləq Ermənistan tarixində daha qanlı faciəyə gətirib çıxara bilməsi kimi proseslər davam edir.Ümumiyyətlə, Robert Koçaryanın, Serj Sarkisyanın, Artur Vanesyanın formalaşdırdığı blok Nikol Paşinyana qarşı ciddi şəkildə qələbəni əl etməyə hesablanıb. Əgər parlament formalaşacaqsa da, parlamentdə münaqişələrin ciddi şəkildə davam edəcəyini gözləyə bilərik. Ümumiyyətlə, göründüyü kimi, seçkidən əvvəl də, seçkidən sonra da Ermənistanda vəziyyət daha da qeyri-stabil olacaq və ölkəni xaosa, anarxiyaya gətirib çıxaraq. Bundan da təbii ki, müəyyən dövlətlər öz maraqları kontekstində istifadə edəcəklər”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib.

sia.az

Digər xəbərlər