Siyasət

  • 2 995

Şamaxıda şəhidlərin xatirəsi əbədiləşdirilir

image

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə YAP Şamaxı rayon təşkilatının nümayəndələri rayonun fəal gəncləri ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhid Heydərov Sabir Ceyhun oğlunun, Ağakərimov Elvin Eldəniz oğlunun, Əliyev Yusif Asif oğlunun, Manafov Zahir Zakir oğlunun, Amanaliyev Tərlan Rövşən oğlunun və Qazi Babayev Səmid Ağasəmid oğlunun ailəsində olublar. YAP Şamaxı rayon təşkilatının nümayəndələri görüşdə şəhidlərin ailə üzvlərilə söhbət apararaq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir. Eyni zamanda, görüşdə şəhid ailələrinin digər problemləri də qeyd olunub.

sia.az

Digər xəbərlər