Siyasət

  • 3 338

"Qurtuluş günü olmasaydı tarixi naliyyətlərimiz və zəfərimiz də olmazdı" - DEPUTAT ŞƏRH ETDİ

image

“Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib .Deputatın sözlərinə görə, həmin tarixi dövrün qanunauyğunluqları və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu: “Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Yalnız 4 iyun dövlət çevrilişinin qarşısı alındıqdan və 15 iyun tarixində təcrübəli dövlət xadimi, uzaqgörən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə sədr seçilməsindən sonra Azərbaycan etnik və regional separatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu və ölkə sabit və dinamik inkişaf yoluna çıxarıldı”.H.Babaoğlu vurğulayıb ki, siyasi münasibətlər sistemimiz obyektiv əsaslarda yenidən formalaşdırıldı: “Ölkəmizdə hüquqi dövlət quruculuğu başladı, vətəndaş cəmiyyəti institutları yaradıldı və inkişaf etdirildi. Xalqımızın milli maraqlarına söykənən daxli və xarici siyasət strategiyası müəyyənləşdirildi. Bu gün də həmin yol inamla davam etdirilir və bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümkün ola bilərdi ki, Azərbaycan da bunu bacardı. Nəticədə 30 ilə yaxın erməni tapdağı altında qalan vətən torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi. Onun beynəlxalq münasibətlər sistemində yeri və rolu artdı. Hazırda isə bundan sonrakı tarixi ikişafımız üçün olduqca səmərəli perspektivlər yaradıldı. Ona görə də əminliklə deyə bilərik ki, 15 iyun Qurtuluş günü olmasaydı bu gün əldə etdiyimiz tarixi naliyyətlərimiz və zəfərimiz də olmazdı”.

sia.az

Digər xəbərlər