Siyasət

  • 2 967

Senator Mauro Marino: Beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləməlidir

image

İtaliyanın “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Mario Marino Kəlbəcərdə mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı öz sosial media hesabında paylaşım edib.

Senator öz paylaşımında Dağlıq Qarabağın azad edilməsindən sonra sülh və təhlükəsizliyin təmin edilməsinin mühümlüyünü vurğulayıb. Bildirib ki, bu, mülki əhalinin öz torpaqlarına və normal həyatlarına geri dönə bilməsi məqsədinə xidmət etməlidir.
Senator qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləməli və Ermənistan ordusunun Azərbaycan ərazilərində yerləşdirdiyi minaların xəritəsini təhvil verməsini, eləcə də beynəlxalq müqavilələrə əməl olunmasını tələb etməlidir.

yap.org.az

Digər xəbərlər