Siyasət

  • 3 466

Əlcəzairli hüquq professoru Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd etməsinə münasibət bildirib

image

Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Yusif Xori “Əl-Vasit Əl-Mağaribi” qəzetində Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd etməsinə münasibət bildirib.

Bu məsələ ilə bağlı qəzetdə məqalə ilə çıxış edən əlcəzairli hüquq professoru diqqətə çatdırıb ki, həmin Ermənistan vətəndaşları Azərbaycanın daxili qanunvericiliyi və beynəlxalq hüquqa zidd olan əməllər, həmçinin ağır müharibə cinayətləri törətməkdə ittiham edilirlər. Y.Xori əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını müsbət qiymətləndirən rəsmi Bakı haqlı olaraq, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edildiyini bəyan edib. Lakin ittiham edilən ermənilər hərbi əsir deyil və onlar Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirli bilinirlər.
Əlcəzairli professor vurğulayır ki, Ermənistan hər zaman olduğu kimi, yenə də regional və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə müxtəlif şantaj metodlarına əl atır, yanlış məlumatlar yayır. Bunlardan biri də, guya Azərbaycan Ordusunun Ermənistan sərhədini pozmasıdır. Lakin dünya ictimaiyyəti bu yalanlara inanmır.

yap.org.az

Digər xəbərlər