Siyasət

  • 2 704

Naqif Həmzəyev: Rəcəb Tayyib Ərdoğanın planlaşdırılan Şuşa səfəri revanşistlərə tutarlı cavabdır

image

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə milli futbol komandasının oyunları ərəfəsində Bakıya və Şuşaya səfər etməsi tarixi hadisədir. Ümumiyyətlə, işğaldan yeni azad edilmiş "mədəniyyət paytaxtı" olan Şuşaya xarici ölkə liderlərindən ilk səfər edənin məhz cənab Ərdoğan olması xalqımız üçün böyük əhəmiyyət kəsb edir”.Bunu açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Ərdoğanın Şuşa səfəri həm siyasi, həm də mənəvi əhəmiyyət kəsb edir: "Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə Cümhuriyyətidir. Bütün dönəmlərdə Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə olub. Xüsusilə müstəqillikdən sonrakı dövrdə ölkəmizin inkişafında, iqtisadi sistemə inteqrasiyasında Türkiyənin rolu əvəzsizdir. Bununla yanaşı, Azərbaycan da öz beynəlxalq layihələrini Türkiyəyə etibar edərək qardaş ölkə üzərindən Avropa bazarında məhsullarının satışını təşkil edə bilir. Azərbaycanla Türkiyə arasında olan iqtisadi, sosial və siyasi, eləcə də mədəni əlaqələr iki dövlət liderinin dostluğu nəticəsində daha da inkişaf edir. 44 günlük Vətən müharibəsində də Türkiyənin verdiyi siyasi dəstək çox önəmli idi və Azərbaycan həm də bu dəstək sayəsində ona qarşı olan beynəlxalq təzyiqlərə qarşı mübarizə apara bildi. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə milli futbol komandasının oyunları ərəfəsində Bakıya və Şuşaya səfər etməsi tarixi hadisədir. Ümumiyyətlə, işğaldan yeni azad edilmiş "mədəniyyət paytaxtı" olan Şuşaya xarici ölkə liderlərindən ilk səfər edənin məhz Ərdoğan olması xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün həm siyasi, həm də mənəvi baxımdan önəmlidir. Biz istəyirik ki, Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının "mədəniyyət paytaxtı" olsun, həmçinin Qarabağa qayıdış prosesinin sürətləndirilməsi üçün Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərində yaxından iştirak etsinlər".
N.Həmzəyev bildirib ki, Şuşa səfəri Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu Ermənistandakı revanşistlərə xatırladan tutarlı cavabdır: "Təəssüflər olsun ki, Azərbaycanın qələbəsinin regionda daimi olmasını istəməyən qüvvələr hələ də var. Ermənistanda bəzi qüvvələr revanşist fikirlərinə davam edir və havadarları isə yenidən münaqişə yaratmaq istəyirlər. Şuşa səfəri belə revanşistlərə tutarlı cavabdır ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Həmçinin Azərbaycan və Türkiyə arasında çox ciddi strateji və iqtisadi əməkdaşlıq mövcuddur, hətta vətəndaşlarımızın Türkiyəyə getməsi üçün xarici pasporta ehtiyacları yoxdur, bunun üçün sadəcə, şəxsiyyət vəsiqəsi kifayətdir. Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində də bir sıra vacib sazişlərin imzalanacağı ehtimal edilir. Beləliklə, istənilən halda iki dövlət arasındakı münasibətlər hər zaman olduğu kimi inkişaf edəcək və nəticədə digər türkdilli dövlətlərin Azərbaycan və Türkiyə ilə münasibətlərini möhkəmləndirmələri üçün yeni imkan yaranacaq".

yap.org.az

Digər xəbərlər