Siyasət

  • 2 865

“Dəmir Yumruq” siyasəti Ermənistanı Ağdamın mina xəritəsini verməyə məcbur etdi

image

Yenə də Ermənistan “ağ bayraq” qaldırdı. Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu. Ağdamın mina xəritəsi ölkəmizə verildi. Bu, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının qətiyyətli iradəsinin məntiqi nəticəsi və “Dəmir Yumruq” siyasətinin növbəti qələbəsi, zəfəridir.Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Müharibə dayanandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən yeddi ayda 100-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Mina xəritələrinin əldə edilməsi ilə Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsinə, həmçinin, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəminin yaradılmasına imkan verəcək. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra Qalib Liderimizin növbəti qələbəsi, siyasi-diplomatik uğurdur. Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə digər işğaldan azad olunmuş rayonlarımızın da mina xəritələrini alacağıq. Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir. Əldə olunan bu nailiyyət bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal altındakı torpaqların düşməndən azad olunması, bərpa işlərinin sistemli görülməsi və böyük qayıdış üçün geniş bir konsepsiya həyata keçirməyə qadirdir.

Növbəti müdrik addım: humanizm!
Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti növbəti müdrik addım atdı. Minalanmış ərazilərin xəritəsinin müqabilində 15 nəfər saxlanılmış erməninin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verərək, Azərbaycanın regional sülh təşəbbüsündə lider dövlət olduğunu təsdiqləyən növbəti addım atdı. Bu müdrik addımın bir adı var: humanizm!ABŞ başda olmaqla dünya dövlətləri və beynəlxalq təşkilatlar əmin oldular ki, işğal müddətində ermənilər bu əraziləri xarabalıqlara çevirib, bu torpaqların hər metrinə mina basdırıblar. Ermənilərin niyyəti bu torpaqlarda qurub yaratmaq, yaşamaq deyil, işğal etmək olub.Bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə danışan Prezident İlham Əliyev deyib: «Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar».Göründüyü kimi, Azərbaycan Prezidenti böyük Qələbə ilə Ermənistanı təhdid etmədi, əksinə, təcavüzkar tərəfə mehriban qonşuluğun yeganə düzgün birgəyaşayış yolu olduğunu anlatdı. Əgər Ermənistan xalqı düzgün siyasi qərar qəbul edərsə, bu ölkədəki seçkilərdən sonra region xalqları qarşılıqlı etimad yolunda birgə hərəkət edə bilərlər.Bir sözlə, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını nümayiş etdirdi.
Azərbaycan döyüş meydanında qalib olduğu kimi, diplomatiya platformalarında da qalibdir
Göründüyü kimi, bu gün Azərbaycan bir daha göstərdi ki, döyüş meydanında qalib olduğu kimi diplomatiya platformalarında da qalibdir. Çünki ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün bu proseslərdə ölkə başçısı birmənalı şəkildə öz xarici siyasəti ilə insan haqlarının tapdanmasının qarşısını almaq və Ağdama böyük köçün başlaması üçün minalardan təmizlənməyin mühüm mərhələ olduğunu dünyaya göstərdi.Ancaq işğalçı ölkə isə öz öhdəliklərinə hələ də əməl etmir. 44 gün davam edən müharibədən 7 ay keçsə də, minalar hələ də can alır. Doğrudur, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Torpaqlarımız əsasən işğaldan azad edilib, lakin 30 ilə qədər işğal altında olmuş ərazilər minalanıb. Atəşkəs başlanandan sonra da münaqişə bölgəsində mülki vətndaşlarımız, hərbiçilərimiz, iyunun 4-də Kəlbəcərdə iki Azərbaycan jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinə, daha doğrusu, "xəritə" təxribatı – vandallığını, barbarlığını təsdiq edən növbəti dəlil deyilmi?
Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik
Bəli, edildi də. Ağdamın minalanmış ərazilərinin xəritəsini verdilər. Baxın, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən basdırılan minaların xəritələrinin təhvil verilməsi ilə əlaqədar Azərbaycanın bu qədər çağırışlarına, bəyanatlarına rəğmən, Ermənistan israrla belə bir xəritələrin varlığını inkar edirdi. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə də hörmətsizlik edərək qeyri-konstruktiv mövqe sərgiləyirdi. Lakin seçki öncəsi ölkədə yaşanan xaotik vəziyyətdən çıxış yolu tapmayan Ermənistan nəhayət yenidən Azərbaycanla hesablaşmağa məcbur oldu. Artıq Azərbaycanın diqtəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik.Lakin qeyd edək ki, Azərbaycan hər şeydən öncə sivil yolu, beynəlxalq normaları əsas götürür. Necə ki, dövlət başçısı bütün beynəlxalq platformalarda beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməyi, Ermənistandan qeyri-insani siyasətindən imtina etməyi tələb etdi. Bu gün ABŞ Dövlət Departamentinin, eləcə də Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması, məhz Azərbaycan Prezidenti İlham Əliyevin bu strateji siyasətinin nəticəsidir.Bir sözlə, Prezident İlham Əliyevin strateji və taktiki siyasi xətti davam edir. Çünki qarşıda hələ çox işlər durur. Ermənistan da zənn etməməlidir ki, Ağdamla hər şey bitdi, işğaldan azad olunan digər rayonlara basdırılan minaların da xəritəsi tək-tək Azərbaycana təhvil verilməlidir. Bunu məcbur qalmadan etsə, hər şey bu ölkənin özü üçün də faydalı olacaq.Ermənistan bir daha anlamalıdır ki, bu Azərbaycan Prezidenti İlham Əliyev cənablarının əsl siyasətidir. Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.Bəli, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti ilə bir daha həm hərb meydanda, həm də danışıqlar masasında qətiyyət nümayiş etdirdi! Bu qətiyəti dövlətimizin başçısının istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici mteleviziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında qətiyyətl LİDER siyasətçi olduğunu bir daha göstərdi. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Və işğalçı ölkə bilməlidir ki, Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir və bunun da cəzasını çəkəcək. Çünki 30 illik işğal altında olan torpaqlarımız Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti ilə ərazi bütövlüyümüz bərpa olunaraq Qarabağ Azərbaycandır! Qələbə nidasını qoydusu, bu məsələdə də Qalib olacaq, torpaqlarımız tezlikdlə mialardan təmizlənəcək, beləliklə, vətəndaşlarımız inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda biləcəklər.Və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağdamın mina xəritələrinin verilməsi günün səhəri "Azərbaycana Ermənistanın əlində olan mina xəritələrinin hamısını deyil, bir hissəsini vermişik", - deməsi ilə Ermənistan tərəfinin Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində basdırdığı minaların xəritəsinə sahib olduğunu aydın şəkildə etiraf edib. O, eyni zamanda bu fikirləri ilə İrəvanın bundan əvvəl mina xəritələrinin olmaması barədə öz yalanlarını da ifşa edib.Bir sözlə, Paşinyan anlamır ki, bu günə kimi Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi olub və olacaq. Çünki Azərbaycan haqq yolundadır. Mina xəritələrini verilməsində də Ermənistan yenə "ağ bayraq" qaldırdı, Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu. Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan buna da nail olmağı bacardı.
ZƏRİFƏ QULİYEVA,
YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər