Siyasət

  • 2 546

YAP-da gənc rəssamların sənət sərgisi təşkil olunub

image

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilir. SİA-nın verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları foyede Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda təşkil olunan sərgi ilə tanışlıq olub.Tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun çıxışı olacaq.Sonda “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisinin təşkilinə görə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarova təşəkkürnamənin təqdim edilməsi gözlənilir.

sia.az

Digər xəbərlər