Siyasət

  • 4 047

YAP Xətai rayon təşkilatı Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirib

image

Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti ilə seçilən, müstəqilliyimizin əbədilik tarixi adlandırılan 15 İyun- Milli Qurtuluş Günü respublikamızda böyük təntənə, Zəfər sevinci ilə qeyd olunur. YAP Xətai rayon təşkilatının videoformatda keçirdiyi tədbir də bu silsilədəndir.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr əvəzi Yeganə Qurbanova bildirib ki, əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə müdrik siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün adını iftixarla çəkdiyimiz, vətəndaşı olduğumuz üçün qürur duyduğumuz Azərbaycan adlı məmləkətin varlığından söhbət gedə bilməzdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 18 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirərək ata vəsiyyətini şərəflə yerinə yetirdi, adını qalib ölkənin qalib Lideri kimi tarixə yazdı.
“91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin siyasi fəaliyyətini hadisələrin xronoloji təhlili ilə diqqətə çatdıraraq qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Milli Qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır.
Akademik Vaqif Abbasov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərova, YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvləri Aidə Hüseynzadə və Leyla Seyidbəyli, YAP Xətai rayon ərazi ilk partiya təşkilatının sədri Eldəniz Abdiyev fikirlərini «Qurtuluş Azərbaycana nə verdi» sualı ətrafında ifadə edərək bildiriblər ki, bugünkü reallıqlarımız xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf yoluna çıxaran Heydər Əliyev siyasətinin təntənəsidir.

yap.org.az

Digər xəbərlər