Siyasət

  • 3 020

"Azərbaycan regionda söz sahibi olan bir dünya dövlətinə çevrilib” - DEPUTAT ŞƏRH ETDİ

image

“Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etsə də çox təəssüf ki, müstəqilliyin ilk iki ili çox ağır siyasi dövlət böhranı səviyyəsində keçdi və biz həqiqi dövlət quruculuğu prosesinə başlaya bilmədik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.Onun sözlərinə görə, həmin dövrdə istər Ayaz Mütəllibovun hakimiyyətdə olduğu vaxtda, istərsə də Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə onlar xalqın etimadını qazana bilmədilər: “Demək olar ki, Azərbaycanın həm daxili, həm də xarici siyasəti tam iflas vəziyyətə gəlib çıxdı. Bu böhran da 4 iyun 1993-ci ildə Gəncə qiyamına gətirib çıxartdı. Amma nə yaxşı ki, o zaman Azərbaycan xalqı özünün dərindən tanıdığı, inandığı, güvəndiyi həqiqi lideri Heydər Əliyevə müraciət etdi və Ümummilli Lider Naxçıvandan Bakıya gəldi. Bütün həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Surət Hüseynovla görüşərək vəziyyəti öyrəndi. 1993-cü ilin 15 iyununda isə Milli Məclisin qərarı ilə Heydər Əliyev Milli Məclisin sədri seçildi. Qısa müddət ərzində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət böhranının qarşısını aldı və dövlət quruculuq proseslərinə başladı”.Deputat həmçinin qeyd edib ki, 1993-cü ilin 15 iyun tarixini xalqımız ona görə Milli Qurtuluş Gününü bayram qeyd edir ki, məhz bizim milli qurtuluşumuz da, milli dirçəlişimiz də milli dövlətçiliyimizin əsasının qoyulması da həmin gündən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə başlayır: “Ümummilli Lider 1996-cı ilə qədər Azərbaycanda iqtisadi, siyasi, hərbi böhranı aradan qaldırdı və Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu. 1998-ci ildə isə artıq Azərbaycanda iqtisadi sabitləşmə və iqtisadi inkişaf başladı. Azərbaycan dünya dövlətləri ilə sıx beynəlxalq siyasi-iqtisadi əlaqələr qurmağa başladı. Bir çox beynəlxalq təşkilatlara üzv oldu və 1994-cü ilin sentyabrın 20-də isə böyük neft kontraktının bağlanması ilə Azərbaycanın iqtisadi inkişafının perspektivləri müəyyənləşdi. Bütün bunların hamısı Ümummilli Liderin Azərbaycan xalqı qarşısında böyük, tarixi xidmətləridir. Xalqımız da bu xidmətləri heç vaxt unutmur və heç vaxt unutmayacaq. Ümummili Liderin irsi də bu gün çox böyük ləyaqətlə cənab Prezident tərəfindən davam etdirilir. Cənab Prezidentin rəhbərliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, torpaqlarımız işğaldan azad olub. Bu gün Azərbaycan regionda həqiqətən də söz sahibi olan bir dünya dövlətinə çevrilib”.

sia.az

Digər xəbərlər