Siyasət

  • 2 990

“Xilas günümüz”

image

YAP Ağsu rayon təşkilatında 15 iyun Milli Qurtuluş Günü qeyd edilib

YAP Ağsu rayon təşkilatında 15 iyun Milli Qurtuluş Günü ilə bağlı «Xilas günümüz» mövzusunda onlayn tədbir keçirib. Tədbirdə rayon təşkilatının Şura üzvləri, ilk təşkilat sədrləri iştirak ediblər.Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə və şəhidlərin məzarına gül-çiçək dəstələri düzüblər.

Sonra tədbir karantin qaydalarına əməl olunmaqla YAP Ağsu rayon təşkilatının iclas zalında davam edib. YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək bildirib ki, 15 iyun tarixi xalqımızın taleyinə dönüş nöqtəsi kimi yazılıb: "1993-cü ilin məhz həmin günündə xalqımızın təkidli tələbi ilə Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmadan və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Səriştəsiz rəhbərlərin dövləti idarə edə bilməmələri, Ermənistanın artan təcavüzü qarşısında xalqın gücünə yox, kənar qüvvələrə arxalanmaq yenicə müstəqillik əldə etmiş ölkəmizi məhvə sürükləyirdi. Bundan çıxış yolunu xalq yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Belə bir zamanda xalqımızın dahi oğlu bu çağırışa biganə qala bilməzdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. Hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır".

Ə.Hüseynov bildirib ki, Azərbaycanın yaşaması, var olması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla bütövlükdə Azərbaycan dövlətinin qorunmasına nail oldu. Ulu Öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu.Daha sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan rayonun Bozavand kəndinin şəhidi Əzizağa Hüseynov Nizami oğlu və Qaraqaşlı kəndindən Vətən müharibəsinin şəhidi Vüqar Quliyev Füzuli oğlunun ailə üzvləri ilə görüşüb, şəhidlərin məzarlarını ziyarət edib, qəbirləri üzərinə gül-çiçək dəstələr qoyublar, ruhlarına dualar oxunub.

Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalması ilə qürur duyduqlarını, "Vətən sağ olsun",-deyə şərəf duyduqlarını, şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

sia.az

Digər xəbərlər