Siyasət

  • 3 806

"Şuşa Bəyanatının imzalandığı gün..." - DEPUTAT ŞƏRH ETDİ

image

" “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühim sənədlərindən biri olmaqla Azərbaycan və Türkiyə arasında bir millət iki dövlət anlayışının bütün sahələrdə əməli prosesə çevirilməsidir". Bu sözləri SİA-ya açıqlamsında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, bu bəyanatla qardaş Türkiyə rəsmən maraqlarımız və beynəlxalq hüquqla bizə məxsus olan bütün suveren haqlarımız üzərində zəmanətçiyə çevrildi: "Eyni zamanda anlaşma ilə Qafqazın əsas güc sahibi Azərbaycan qardaş dövlətimiz Türkiyənin bölgədəki nüfuz və maraqlarını sığortalamış oldu. Sadə dillə desək, bundan sonra Azərbaycanın maraq və mənafelərini, ərazi bütövlüyünü, suverenliyini hədəfə alan istənilən güc Türkiyə üçün, Türkiyəni hədəfə alan istənilən akt isə Azərbaycan üçün rəsmən təhdid kimi qəbul ediləcək. Yəni biz Şuşa Bəyanatından sonra faktiki olaraq hərbi, siyasi, müdafiə sənayesi, iqtisadi sferaları əhatələyən, bir sözlə bütün sahələrdə müttəfiqliyin ən yüksək nümunəsini yaratdıq. Bu dövlətçilik tariximizdə qardaş Türkiyə ilə münasibətlərimizin ən ali səviyyəsi deməkdir".Deputat həmçinin qeyd edib ki, bəyanatın bizə təhlükə yaratmayan hər hansı 3-cü tərəfə qarşı yönəlməməsi, həm Azərbaycan həm də Türkiyənin bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətini ifadə etmələri indidən onu deməyə əsas verir ki, birgə fəaliyyət ümumiyyətə Avrasiya məkanında Ankara və Bakının mövqeyini gücləndirməklə bərabər eyni zamanda Cənubi Qafqazda oturuşmuş əməkdaşlıq mühitinin formalaşmasına təkan olacaq: "Bu mənada cənab Ərdoğanın altılı platforma və Zəngəzur dəhlizi barədə açıqlamaları təsadüfi deyildi və bu yanaşma müttəfiqlərin bölgə dövlətləri başda olmaqla dünyanı əməkdaşlığa çağırışı hesab olunmalıdır. Cənab İlham Əliyev imzası ilə dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz maraqlarını sərbəst ifadə edib reallaşdıracaq qədər müstəqil iradə sahibdir. Əks halda, aşkar maraqlarını gizlətməyən böyük qonşuların əhatəsində strateji məzmunda taleyüklü hərbi-siyasi əhəmiyyətə malik sənədi qəbul edə bilməzdik. Bu mənada əgər Şuşanın azad olunduğu 8 noyabr tarixi Qarabağın hərbi fəthi günüdürsə, Şuşa Bəyanatının imzalandığı 15 iyun da Qarabağın siyasi fəthinin təsbit oldunduğu gün kimi xarakterizə oluna bilər".

sia.az

Digər xəbərlər