Siyasət

  • 3 296

"Qurtuluşdan –tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol"

image

Bu mövzuda YAP Qobustan rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı və Qobustan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş «Qurtuluşdan –tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol” mövzusunda onlayn tədbir keçirib.Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev 15 iyun Milli Qurtuluş Gününün mahiyyəti, o dövrdə baş verən siyasi hadisələr haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, 1993-cü il 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin və xalqının xilası günüdür: «Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, dövlətin inkişafını təmin etdi. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Hər bir dövlətin inkişafında və tərəqqisində siyasi sabitliyin əsas amil olduğunu önə çəkən ümummilli lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi. Ulu öndər Heydər Əliyev bütövlükdə Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər edərək 1994-cü il mayın 12-də təcavüzkar dövləti və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi. Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşən xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz formalaşmış xalq-Heydər Əliyev birliyi xarici anti-Azərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin qarşısını aldı».F.Gülaliyev onu da vurğulayıb ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: «2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan şanlı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışı gözləyir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik».Tədbirdə YAP Qobustan rayon təşkilatının Aparat rəhbəri Azadə Rəssam, Qobustan rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov və digərələri çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilə 15 iyunda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildi, müstəqilliyimiz qorundu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı, inkişafın təməli qoyuldu. Çıxış edənlər bu uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin, müstəqilliyimizin möhkəmlənməsindən, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunması və şanlı tariximizin yazılmasından bəhs ediblər.

sia.az

Digər xəbərlər