Siyasət

  • 4 671

"Şuşa Bəyannaməsi İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir" - GƏNC SİYASƏTÇİ ŞƏRH ETDİ

image

“15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezideni cənab Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri bu iki dövlət arasındakı qardaşlığın ən uca zirvəsinə çevrilib. Bir millət - iki dövlət olan Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması bu birliyin keyfiyyətcə daha yüksək səviyyəyə çatmasına rəvac verib. Bu bəyannamədə iki dövlət arasında bütün müstəvilərdə uğurla inkişaf edən qardaşlıq əlaqələri öz geniş əksini tapıb. Bu iki dövlət arasında olan sıx əməkdaşlıq Şuşa bəyannaməsi ilə daha böyük əhəmiyyət kəsb etdi, ölkələrimiz arasındakı münasibətlərin gələcəyini daha da möhkəmləndirdi. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatyürkün vaxtı ilə söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi bu bəyannamə ilə bir daha öz təsdiqini tapdı. Azərbaycan Respublikası Prezidentinin müdrik siyasəti nəticəsində bu gün işğaldan azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşada aparılan geniş abadlıq və quruculuq işləri, yeni infrastruktur laylhələrinin həyata keçirilməsi xalqımızın gələcəyə olan inamını daha da artırıb”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov deyib.Onun sözlərinə görə, Şuşa bəyannaməsində iki ölkə arasında tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq hər iki dövlətin hərbi qüdrətinin artmasına öz töhfəsini verəcəkdir: “Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən çox ciddi bir mesajdır. Qəbul olunmuş Şuşa bəyannaməsinin ən mühüm cəhətlərindən biri də Şuşa şəhərində qardaş Türkiyənin Baş Konsulluğunun açılmasına dair qərarın qəbul olunmasıdır. Bu mühüm qərar iki qardaş xalq arasında münasibətləri daha dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa və quruculuq işlərində oynayacağı əhəmiyyətli roldan xəbər verir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa bəyannaməsi mühüm tarixi hadisədir. İki dövlət arasında strateji müttəfiqlik münasibətləri hər bir dövlətin təhlükəsizliyinin təmin edilməsi deməkdir”.A.Bağırov vurğulayıb ki, müstəsna tarixi və siyasi əhəmiyyət daşıyan Şuşa bəyannaməsi Azərbaycan diplomatiyasının çox böyük uğurudur: “Çünki bu sənəd iki dövlətin sıx əməkdaşlığının təhlükəsizlik proseslərində nüfuzunu daha da artıracaqdır. Eyni zamanda imzalanmış bəyannamədə qeyd olunan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu bəyannamə iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfiqlər açır”.

sia.az

Digər xəbərlər