Siyasət

  • 2 859

Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən - Bəyannamə - MƏQALƏ

image

Bildiyimiz kimi tarix boyu Azərbaycan və Türkiyə dövlətləri öz dostluq münasibəti ilə dünya ölkələrinə nümunəyə çevrilib. Bu dostluq 1918-ci il iyunun 4-ü imzalanan Batum müqaviləsi ilə sübut olunmuşdur. Qüdrətli Osmanlı dövləti və Müstəqil Azərbaycan arasında imzalanan 11 bəndlik müqavilə bu dostluğun təməli hesab olunur. Batum müqaviləsinin ilk müddəası olaraq "Osmanlı hökuməti və Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluğun hökm sürəcəyi bildirilmişdir. Azərbaycan xarici ölkələr tərəfindən müdaxilələrə, hücumlara məruz qalarkən qüdrətli Osmanlı dövləti bu müqavilənin şərtlərinə əsasən Osmanlı hökuməti ölkəmizə tələb olunduğu qədər silahlı qüvvələri ilə yardım edəcək, dəmir yolu nəqliyyatı barəsində bizə kömək edəcək və s. Əfsuslar olsun ki, XX əsrdə vandal ermənilər Azərbaycana qarşı soyqırımlar törətmiş, vəhşiliklər etmiş və torpaqlarımızı işğal etmişdilər. Xalq olaraq uzun müddət torpaqlarımızdan didərgin qalmışdıq. Lakin o gün gəlib çatdı 27 sentyabr 2020-ci il 2-ci Qarabağ müharibəsi. Bu müharibə xalqımızı üçün əbədi olaraq yaddaşlarımıza həkk olunan bir qələbə ilə bitmişdir. Müasir bir dövrdə bu qədər geniş siyasətli müharibə aparmaq o qədər də asan deyil, lakin biz bunun öhdəsindən gəldik. Bu parlaq qələbədə türkiyəli qardaşlarımız da bizə böyük yardım göstərmişdir. Türk qardaşlarımızın bizə ən böyük dəstəyini Tovuz rayonunda baş verən təxribatda göstərdi. İyulun 29-da isə Azərbaycan Türkiyə hərbçilərinin birgə genişmiqyaslı taktiki təlimləri başlamışdır. Rəcəb Tayyib Ərdoğan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın seçdiyi yolu dəstəklədiyini bildirib. 2-ci Qarabağ müharibəsində də Türkiyə Azərbaycana həm silahlıları qüvvələri, həm xüsusi döyüş cihazları ilə həm də bir qardaş ölkə olaraq hər zaman yardım etdi. Və nəhayət 10 noyabr 2020-ci il 44 günlük vətən müharibəsi parlaq qələbə ilə sona çatdı. Bu müharibədən sonra ölkəmizdə zəfər paradı keçirildi və bu paradda Rəcəb Tayyib Ərdoğanda iştirak etmişdir. Bunun üzərində çox keçmədən iki qardaş ölkə arasında "Şuşa Bəyənnaməsi" imzalandı. İmzalanan bəyannamənin şərtlərinə əsasən Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bundan başqa, Türkiyə Prezidenti Ərdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib.İlham Əliyev jurnalistlərə açıqlamasında deyib ki, "aramızdakı əməkdaşlığın adı müttəflqlikdir və bu, özü hər şeyi deyir". Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, maddi - mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi və hərbi sahələrində əlaqələrdən bəhs edilir. Bu bəyannamə ilə türkün gücü ortaya qoyuldu.

Nəcib Məmmədov
Xəzər rayonu, Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər