Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid yadigarları” aksiyası Lənkəran şəhəri, Astara və Lerik rayonlarında davam etdirilib. SİA-nın verdiyi məlumata görə, Mənəvi Dəyərlərin Təbliği Fondu 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların övladlarını sevindirmək məqsədilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəhid yadigarları” aksiyası Lənkəran şəhəri, Astara və Lerik rayonlarında davam edir. Aksiya çərçivəsində bir qrup Vətən Müharibəsi şəhidlərinin övladlarına müxtəlif hədiyyələrin (oyuncaq, məktəbli ləvazimatları və s.) təqdim edilməsi nəzərdə tutulur. Ölkəmizin müxtəlif regionlarını əhatə edən bu aksiya şəhidlərimizin yadigarı olan gül balaların sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində Fondun növbəti addımıdır. Məlumat üçün bildirək ki, aksiya “Vineyard Azərbaycan” xristian dini icmasının dəstəyilə davam etdirilib.
sia.az