YAP Xəzər rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Bəhram və İmam Məmmədzadələrin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədzadə Bəhram Elman oğlu və Məmmədzadə İmam Elman oğlunun ailəsini ziyarət ediblər.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və millət vəkili Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür ediblər.
Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

yap.org.az