Siyasət

  • 3 730

Erməni mediası nəyə cəhd edir? - ANALİTİK + ÖZƏL

image

Ermənistandakı rusdilli proksi-ekspertlər tərəfindən ictimai rəyə, KİV-lərə və teleqram-kanallara çoxsaylı qeyri-dəqiq, Bakını, Ankaranı və Moskvanı bir-birinə vurmaq məqsədli informasiyalar ötürülür

Cənubi Qafqazda axır ki, hər şeyin öz yoluna qoyularaq tarazlaşma prosesinin getməsi görünməkdədir. Hətta İrəvanda, seçkiqabağı finişin kəskinliyinə baxmayaraq, daha çox strateji reallığı qəbul etmək və bu reallığın Ermənistan üçün üstünlük kimi qiymətləndirilməsi yönündə çağırışları edilir. Misal üçün, bu xüsusda Ermənistanın birinci prezidenti Levon Tet-Petrosyan çıxış edib və revanşizm hisslərinin yerinə Azərbaycanla Türkiyə ilə münasibətlərin qurulması, Qarabağ iddialarından əl çəkilməsi və s. kimi müvafiq bəyanatlar səsləndirib. Lakin gəlin görək, digərləri ondan nümunə götürəcəklərmi, yaxud götürə bilmək qabiliyyətinə, iqtidarına malikdirlərmi? Bu, bir qədər çətin görünən məsələdir...

İnformasiyalarda Bakı və Ankaranın guya Qarabağ məsələsində Rusiyadan istifadə etdikləri iddia olunur

Yəni problem ondadır ki, bir sıra erməni başbilənləri xüsusilə seçkiöncəsi mərhələyə önəm verməyərək, ölkənin informasiya məkanında özlərinin təxribatçı-paradoksal bəyanatlarını səsləndirir, regionda normal, sabit və sülhyönümlü mühitin yaranması çağırışlarını edənlərdən köklü şəkildə fərqlənirlər. Maraqlısı da budur ki, İkinci Qarabağ müharibəsindən sonrakı proseslərdə ölkənin ayağa qalxması üçün yaranmış ilk mümkün, münbit fürsətlərdən yararlanmaları yerinə belə qüvvələr Ter-Petrosyan xarakterli normal düşüncəli adamlara dərhal badalaq vurmağa başlayırlar. Belə olan halda, problemlərin aradan qaldırılmasında yalnız Ermənistanın normal düşüncəli şəxsləri və Azərbaycan deyil, eləcə də Rusiyanın da marağının olduğunu düşünərsək, onda sülhün bərqərar olmasına qarşı yönəldilən digər məsələlər də ortaya çıxmış olur.Misal üçün, indi Ermənistandakı rusdilli proksi-ekspertlər tərəfindən ictimai rəyə, KİV-lərə və teleqtam-kanallara çoxsaylı qeyri-dəqiq, Bakını, Ankaranı və Moskvanı bir-birinə vurmaq məqsədli informasiyalar ötürülür. Həmin informasiyalarda Bakı və Ankaranın guya Qarabağ məsələsində Rusiyadan istifadə etdikləri iddia olunur.

Erməni proksi-ekspertləri nədənsə Ankaranın Avrasiya əməkdaşlığı yönündəki irimiqyaslı planlarının olması barədə bir kəlmə də olsun danışmırlar, çünki bu, onlara sərf etmir

Məhz bu kontekstdən çıxış edərək planın ikinci hissəsinə keçid edilir – onlar, yəni Azərbaycan və Türkiyə guya NATO-nu regiona gətirəcəkmişlər və bundan sonrakı dəhşətli qərarlarını verəcəkmişlər, Rusiyanı regiondan sıxışdırıb-çıxaracaqmışlar və s. Erməni proksi-ekspertləri hətta bunun üçün “tarixi ekskurs” da edərək ötən əsrin əvvəllərindəki prosesləri “sübut” olaraq ortaya atırlar. Sən demə, XX əsrin 20-ci illərində Moskva kardinal şəkildə Atatürkə dəstək göstərdi, o isə Qərbə tərəf çevrildi və Türkiyə 1952-ci ildə NATO-ya üzv seçildi və bununla da münasibətlərə xitam verildi. Amma fakt budur ki, hətta SSR-inin dəmir pərdəsinin hökmranlıq etdiyi zamanlarda Moskva ilə Ankara bütün mümkün əlaqələrini saxlamaqla yanaşı, ölkələrarası əməkdaşlıqlarını kənd təsərrüfatı, sənaye və başqa istiqamətlərdə qururdular, diplomatik münasibətlər isə ən yaxşı vəziyyətdə qorunub-saxlanılırdı. Bu barədə isə çoxsaylı faktlar, dəlillər və sübutlar mövcuddur.İndi isə diqqət: Erməni “ağıllıları” yuxarıda qeyd edilən misalı gətirməklə 70-100 il əvvəl baş verən siyasi prsoesləri mövcud vəziyyətə uzlaşdırırlar və iddia edirlər ki, Rusiya bu dəfə Azərbayana öz problemlərini həll etməyə imkan verdi və indi Türkiyə-Azərbaycan tandeminin yolu dəyişilərək birtərəflidir – Vaşinqtona tərəf (?!).Başqa tərəfdən, erməni proksi-ekspertləri situasiyanı daha da gərginləşdirmək üçün Böyük Turan ideyasının reallaşdırılmasının an məsələsi olduğunu bəyan edirlər. Lakin nədənsə Ankaranın Avrasiya əməkdaşlığı yönündəki irimiqyaslı planlarının olması barədə bir kəlmə də olsun danışmırlar, çünki bu, onlara sərf etmir. Belə ki, Avrasiya əməkdaşlığında Rusiyanın da özəl maraqları dayanır və bu məsələdə Ankara ilə Moskvanın demək olar ki, bütün planları üst-üstə düşür.

Və sən demə, Kremldə oturanlar da bütün ümidlərini Rusiyanın ermənipərəst mediaresurslarında fəaliyyət göstərən, soyadları “yan”la bitən “Rusiya vətənpərvərlərinədir”, məhz onlar Rusiyanı Qərbdən gələn təhlükələrdən xəbərdar edir, qoruyurlarmış...

Amma burada görünən, ya da görünməyən daha bir element var – həmin erməni “ağıllılarının” öz sərsəm, araqatan proqnozları ilə Rusiyanı barmaqlarına dolamaq məsələsi! Belə çıxır ki, çoxəsrlik imperiya tarixinə, diplomatiya məktəbinə, kəşfiyyatına və ordusuna malik Rusiya sadəlövh, dar düşüncəli və hər deyilənə inanandır? Hətta o qədər sadəlövhdür ki, onu Azərbaycan və Türkiyənin simasında uzanan “caynaqlardan” qurtarmaq lazımıymış və bunu da ermənilər edəcəkmişlər (?!).Və sən demə, Kremldə oturanlar da bütün ümidlərini Rusiyanın ermənipərəst mediaresurslarında fəaliyyət göstərən, soyadları “yan”la bitən “Rusiya vətənpərvərlərinədir”, məhz onlar Rusiyanı Qərbdən gələn təhlükələrdən xəbərdar edir, qoruyurlarmış...Təbii ki, məqsəd bəllidir – Kremlin Bakı və Ankaraya doğru kooperativ köklənməsinin qarşısını almaq. Məhz bu cür çoxsaylı tirajlamalar vasitəsi ilə erməni proksi-ekspertləri öz media ruporlarının vasitəsi ilə Moskvaya təzyiqlərini artırır, qəbul edilən münbit qərarların başa çatdırılmaması üçün təsirlərini göstərirlər. Daha dəqiq desək, Moskvanın regionun tənzimləmə fəaliyyətində əsas qarant roluna müdaxilə edən erməni başbilənləri fundamental perspektivlərə hesablanmış və çoxillik konfrontasiyaya son qoyacaq razılaşmaları arxa plana keçirməyə cəhdlər göstərirlər.

Azərbaycanın NATO ilə partnyorluğu heç vaxt Rusiya üçün gizli olmayıb və sirr də sayılmır, hətta bunu Rusiyanın prezidenti Vladimir Putin də dəfələrlə bəyan edib

Maraqlıdır ki, erməni media-provokatorları bu kimi məsələlərdə əsas rollardan birini alan Rusiya prezidenti Vladimr Putinin də qərarlarına qarşı çıxırlar.

Növbəti məqama da diqqət yetirək. Artıq bir neçə gündür ki, ermənilərin rusdilli resursları Bakı-NATO əməkdaşlığı mövzusuna da toxunmağa başlayıblar və ümid edirlər ki, həmin əməkdaşlıq anti-Rusiya xarakterlidir və Moskvanın diqqətini cəlb edəcək. Lakin rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan NATO ilə dialoq əməkdaşlığında maraqlıdır, xüsusilə ictimai diplomatiya və feyk xəbərləri ilə mübarizə sahəsində. Ümumilikdə isə Azərbaycanın NATO ilə partnyorluğu heç vaxt Rusiya üçün gizli olmayıb və sirr də sayılmır, hətta bunu Rusiyanın prezidenti Vladimir Putin də dəfələrlə bəyan edib.Bundan əlavə, əgər yüksək etimadlı münasibətlər olmasa idi Rusiya sülhməramlıları da regionda fəaliyyətə başlamazdılar. O cümlədən, Bakı Rusiya Federasiyasının Baş Qərargahının rəisi və NATO-nun Avropadakı Birləşmiş Güclərinin komandanı arasındakı mütəmadi görüşlərinin meydanı rolunu alıb. Yəni Bakı bu gücləri bir araya gətirən mühüm mərkəz rolunda çıxış edir. Elə isə erməni başbilənlərinin bu məsələdə də araqatanlıq əməlləri iflasa uğrayır və görünür, təxribatçı planlarını qurarkən, Bakının birləşdiricilik reallığını tamamilə unudublar. Unudublarsa, onda daha yaxşı olardı ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətdən çıxış yollarını axtarmaları üçün necə deyərlər, başlarını sındırsınlar, sülhün bərqərar olması istiqamətində iş və fəaliyyət qursunlar. Əks halda, onları daha betər bəlalar gözləyə bilər. Bunu ki, biz demirik, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bəyan edir...

sia.az

Digər xəbərlər