PDF Oxu

Siyasət

  • 4 020

“Bəyənnamənin Şuşada imzalanması çox ciddi bir mesajdır” DEPUTAT ŞƏRH ETDİ

“Bəyənnamənin Şuşada imzalanması çox ciddi bir mesajdır” DEPUTAT ŞƏRH ETDİ

“Şuşa Bəyannaməsi iki dövlət arasında müttəfiqlik məsələsini həll edən bir sənəddir. Yəni, müttəfiqlik dövlətlər arasında olan əməkdaşlığın, tərəfdaşlığın, əlaqələrin ən yüksək zirvəsidir. Şüşa Bəyannəməsi də müttəfiqlik sənədidir və bu bəyannamə özünün çoxsaylı bəndləri ilə hər iki dövlət arasında bütün istiqamətlərdə əlaqələri özündə əks etdirir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, xüsusilə də Şuşa Bəyannəməsinin elə 30 ildən sonra işğaldan azad olunmuş Şuşada imzalanması, yəni erməni işğalından azad olunmuş Şuşada bu sənədin imzalanması çox böyük əhəmiyyət kəsb edir.“Bəyənnamənin Şuşada imzalanması düşmənə və düşmənin tərəfdarlarına çox ciddi bir mesajdır ki, biz bu bəyannaməni Azərbaycanın tarixi qədim şəhərində imzalayırıq. Bəli, biz bu bəyannaməni sizdən azad etdiyimiz Qarabağ xanlığının uzun illər mərkəzi, paytaxtı olmuş Şuşada, tarixi şəhərimizdə imzalayırıq. Bu çox mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamə özündə, bir də təkrar edirəm ki, hər iki dövlət arasında bütün istiqamətlərdə olan əlaqələrin ən yüksək səviyyədə olacağını əks etdirməklə bərabər, xüsusilə də dünyaya bir mesajdır ki, hər iki dövlətin müdafiəsi və təhlükəsizliyi, hərbi qüdrəti və gücü burada öz əksini tapır və hər iki dövlət bu sahədə birlikdə fəaliyyət göstərəcəklər bundan sonra.Bu zamana qədər bu sahədə bizim əlaqələrimiz mövcud idi. Ancaq indi rəsmi sənəddə bu öz əksini tapır. Artıq heç kim ya Türkiyəyə, ya Azərbaycana irad tuta bilməz ki, sənin hərbçilərin, hərbi gücün, yaxud hərbi bazan niyə Türkiyənin, yaxud niyə Azərbaycanın ərazisindədir. Artıq bu sənəd buna icazə verir və şərait yaradır. Bu sənədin imzalanması, yenə deyirəm ki, xüsusilə hərbi sahəmiz, müdafiəmiz, təhlükəsizliyimiz üçün çox vacibdir və Azərbaycana hərhansı bir üçüncü dövlət tərəfindən təhlükə olarsa, Türkiyə dövləti yanımızdadır. Eyni zamanda Türkiyəyə hərhansı bir üçüncü dövlət tərəfindən təhlükə olarsa, biz Azərbaycan olaraq, Türkiyənin yanındayıq”, deyə Elman Məmmədov bildirib.

sia.az

Digər xəbərlər