Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Zığ qəsəbəsinin sakini olan, Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun ailəsini ziyarət edib və ailənin qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, Vüqar Seyidov təşkilat adından şəhidin 5 yaşı tamam olan oğlu Uğuru doğum günü münasibətilə təbrik edib, ona hədiyyələr təqdim edib.Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını Vətənimiz uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinə göstərdiyi qayğı və diqqət hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.Ziyarət əsnasında şəhidin atası Əbdül müəllim şəhidimizin keçdiyi həyat yolu haqqında geniş məlumat vermiş, göstərilən diqqət və qayğıya görə, YAP Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.
sia.az