"Ordu ölkənin ərazi bütövlüyününin və dövlət müstəqilliyinin qarantıdır. Hansı ölkənin ordusu yoxdursa o ölkə işğal olunur, xarici dairələrin diqtəsi ilə yaşamağa məcbur olur. Təbii ki, ordunun yaradılması üçün dövlət idarəçiliyində təcrübə, xalqı inandıra bilməsi, siyasi iradə və heç nədən çəkinməyərək xalqın maraqlarının üstün tutması əsas şərtdir..Keçdiyimiz tarixi yolun keçməkeçliyi bizə bunu real həyatda yaşatmışdır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, 103 il əvvəl yaradılmış AXC-də güclü ordusunu formalaşdıra bilməməsindən cəmi 23 ay yaşamalı oldu: "1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində də ordunun formalaşdırılmaması, formalaşmış hərbi birləşmələrdə pərakəndiliyin olması və vahid mərkəzdən idarəçiliyin olmaması, yaranmış hərbi birləşmələrdən hərə öz maraqlarına istifadə etməsi torpaqlarımızın 20%-nin işğal olunmasına, 1 milyon soydaşımızın uzun illər qaçqın – köçkün həyatının yaşamasına və ölkədə vətəndaş müharibəsinin baş qaldırmasına yol açdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı qısa bir zamanda nizami ordunun yaradılmasına, ölkədəki hərc-mərcliyin dayandırılmasına və ermənilərin işğal prosesinin qarşısını alaraq taixə qızıl hərflərlə həkk olunmuş və Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi yazılmış Horadiz əməliyyatının keçirilməsinə imkan verdi. Ali Baş Komandan Heydər Əliyevin komandanlığı ilə ordumuz 1993-cü ilin dekabrın sonundan 6 yanvara qədər davam etdirmiş Horadiz əməliyatı sayəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbarayıl rayonun Cocuq Mərcanlı kəndini ermənilərin tapdağından azad edərək düşməni atəşkəs razılığının imzalanmasına məcbur etmişdir. Hətta hərbiçilərimiz cəbhədə döyüşən tankların üzərində "Əliyev üçün!” ifadəsi yazaraq hücuma keçirdilər.Ümummilli Liderin dövlət idarəçiliyi təcrübəsi, siyasi iradəsi və xalqın inamı Azərbaycanın nizami ordusunun əsaslarını yaratmışdı. Heydər Əliyev sovetlər dövründə də Azərbaycanın gələcəyini müstəqillikdə görərək yaradılacaq ordusunda xidmət edəcək milli hərbi kadrların hazırlanması üçün Naxçıvanski hərbi məktəbini yaratmışdı. O dövrdə formalaşmış hərbi kadrlar bu gün də ordumuzun idarə edilməsində və uğurlara imza atmasında öndə dayanıblar.Ulu Öndər Heydər Əliyevin başladığı ordu quruculuğu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilmiş və bizi qalib xalqa çevirmişdir. Son 17 ildə Prezident İlham Əliyev hərbiçilərin məişət-yaşayış probemlərinin həll olunması istiqamətində böyük addımlar atdı. Ordunun təkmilləşməsi, modernləşməsi, döyüş qabiliyyətinin artırılması iatiqamətində görülən işlər döyüş meydanında öz nəticəsini vermişdir. Ölkədə müdafə sənayesinin yaradılması, ordunun müasir hərbi texnika və texnologiyalarla təchiz edilməsi Azərbaycan ordusunun pəşəkarlığını artıraraq dünyanın ən güclü 50 ordusu sırasında yer almasına imkan vermişdir. Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək və ölkə ərazi bütövlüyünü təmin etmək məqsədilə 27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək kapitulyasiya aktına imza atmağına məcbur etmişdir. Azərbaycan ordusu öz gücünü döyüş meydanında göstərərək ermənilərin 30 il ərzində qurduqları topdağıtmaz müdafiə sədlərini və məğlub edilməz ordu mifini darmadağın edərək məhv etmişdir. Ali Baş Komandan İlham Əliyevin orduya rəhbərlik etmək bacarığı, qabaqcadan uğurlu döyüş taktikası hazırlayaraq düşmənin gözləmədiyi mövqələrdən hücüma keçməyimiz daha az itkilərlə qələbə çalmağımızı şərtləndirmişdir.Xarici hərbi ekspertlər Azərbaycan ordusunun apardığı müharibəni XXI əsrin müharibəsi adlandırılmış və bu gün dünyanın güclü hərbisi olan ölkələrin orduların təlimində Azərbaycan təcrübəsini öyrənib pəşəkarlıqlarını artırırlar.Azərbaycan ordusu zəfər çalmaqla işini bitmiş hesab etmir. Ordumuz daima müasir texnolgiyalarla təchiz olunur və mütəmadi hərbi təlimlər keçirməklə pəşəkarlıq artırılır. 15 iyunda Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi hərbi əməkdaşlığımızın genişləndirilməsinə imkan verməklə ordumuzun türk ordusu modelinə uyğunlamasına şərait yaradacaqdır. Hərbi sənayemiz daha da inkişaf etdiriləcək və ölkəmizdə yeni çeşddə müasir silahlar istehsal olunacaqdır.26 iyunu xalqımız Silahlı Qüvvələrimizin yaranmasının 103 illiyini böyük sevinclə qeyd edir. Bizi qalib edən və bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyev və məğlub edilməz müzəffər ordumuzdur. Xalqımız Prezidentlə, orduyla həmrəydir və həmişə yanındadır. Fürsətdən istifadə edərək xalqımızı "Ordu Günü” münasibətilə təbrik edirəm.
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
Eşq olsun Azərbaycanın müzəffər ordusuna!".
sia.az