PDF Oxu

Siyasət

  • 5 465

Eldar Namazov: “Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizi bağlanacaq” ƏKS HALDA...

Eldar Namazov: “Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizi bağlanacaq” ƏKS HALDA...

“Müharibə başa çatdıqdan sonra sərhədlərin ərazi bütövlüyü çərçivəsində tanınması qaçınılmaz prosesdir. Müddətə gəlincə, bu sentyabr ayından əvvəl, ya da sonra baş verə bilər”. SİA xəbər verir ki, bunu politoloq Eldar Namazov bildirib.Onun sözlərinə görə, sərhədlərin tanınması Cənubi Qafqazda sülhün bərqərar olması üçün vacib mərhələdir və bundan ilk növbədə Ermənistanın özünün taleyi asılıdır: “Bu ölkədəki sosial-iqtisadi və demoqrafik situasiya fəlakətə yaxındır və bunu ermənilərin özləri də etiraf edirlər. Böhrandan çıxmaq üçün onlar Azərbaycan və Türkiyə ilə münasibətlərində sülh yaratmalıdırlar, sərhədlər açılmalı, ticarət inkişaf etməlidir. Bütün bunları icra etmək isə sərhədlərin qarşılıqlı olaraq tanınmayacağı halında mümkün deyil”.

“Kommunikasiyaların açılması Ermənistan üçün xilas dairəsi ola bilər”

Eldar Namazov onu da qeyd edib ki, Naxçıvana dəhlizin açılması Ermənistanın iqtisadiyyatına böyük səmərə verə bilər: “Məhz bu ölkə yükdaşıma təcridindədir. Bütün nəhəng nəqliyyat layihələri Ermənistandan kənarda icra olunub və nəticədə Azərbaycan son illərdə onları uğurla realizə edib. Azərbaycanın Türkiyə ilə dəmir yolu rabitəsi var ki, bu barədə tez-tez Zəngəzur dəhlizi ilə bağlı danışılır. Bakı-Tbilisi-Qars istiqaməti üzrə mövcud marşrut işləyir. Əlbəttə, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün bir çox məsələlərdə əhəmiyyətlidir ancaq bu, ölkəmizin ayaqda qalması üçün qoyulan həyati məsələ deyil. Lakin kommunikasiyaların açılması Ermənistan üçün xilas dairəsi ola bilər”.

“Necə təsəvvür etmək olar ki, Laçın dəhlizi işləsin, ondan ermənilər istifadə etsinlər, amma azərbaycanlılar Naxçıvana olan dəhlizdən istifadə edə bilməsinlər?”

Politoloq daha bir mühüm vəziyyətə toxunub. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatda iki kommunikasiya göstərilir: “Naxçıvana olan dəhliz və Laçın dəhlizi. Xatırladım ki, noyabr bəyanatı imzalanana qədər Azərbaycan ordusu dəhlizi əhatəyə almışdı, onda bu barədə İrəvandakı hakimiyyət də məlumat verirdi. Biz bu yolun blokadadan çıxarılmasını üçtərəfli bəyanata əsasən icra etdik. İndi razılaşmanın realizə olunmayan digər hissəsi qalır – Naxçıvandan dəhliz. Həmin kommunikasiyaların açılması sənəddə qeydə alınıb. Bu zaman necə təsəvvür etmək olar ki, Laçın dəhlizi işləsin, ondan ermənilər istifadə etsinlər, amma azərbaycanlılar Naxçıvana olan dəhlizdən istifadə edə bilməsinlər? Bu mümkün deyil və birbaşa razılaşmanı pozur. Beləliklə, əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneələr törədərlərsə, onda Bakı Laçın dəhlizini bağlaya bilər”.

“Gürcüstan üzərindən də daxil olmaqla mövcud olan dəhlizlərimiz hədsiz yüklənib ki, onlar yeni yük dalğalarını saxlaya bilməz”

Eldar Namazov Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanda yükdaşıma həddinin azalması, ya da yükdaşımaların Zəngəzur dəhilzinə tərəf istiqamətlənməsi məsələsinə də toxunaraq bildirib ki, gürcü tərəfi bundan narahat olmamalıdır.“Zəngəzur dəhlizinin açılmasına yalnız Türkiyə və Azərbaycan arasındakı rabitə kontekstində baxmaq lazım deyil. İqtisadi nöqteyi-nəzərdən baxarkən, bu dəhliz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, bütün Qarabağ regionunun bərpası və reabilitasiyası üçün mühüm rol oynayacaq. Burada bir çox sənaye, kənd təsərrüfatı obyektləri tikiləcək ki, onların məhsullarını həm də xaricə ixrac etmək lazım olacaq. Bizim isə Gürcüstan üzərindən də daxil olmaqla mövcud olan dəhlizlərimiz hədsiz yüklənib ki, onlar yeni yük dalğalarını saxlaya bilməz. Cənub istiqamətindəki dəhliz isə iqtisadi kooperasiyanı təmin edəcək, bütün regionun inkişlafı üçün multiplikativ effekt verəcək”.

sia.az

Digər xəbərlər