PDF Oxu

Siyasət

  • 5 508

"Qalib xalqın hər bir hərbiçisi qəhrəmandı" - MƏQALƏ

"Qalib xalqın hər bir hərbiçisi qəhrəmandı" - MƏQALƏ

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar. Xalqımız da haqlı olaraq daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Onların ruhu hər birimizi böyük qələbəyə, torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, hamımız Vətənimizin əsgəriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq. Bizi yalnız bir amal birləşdirirdi- Vətən torpaqlarını yağılardan qorumaq,işğalda olan torpaqlarımızı azad etmək. Qələbə çaldıq. çünki,düşmənin qarşısında cəsur, mərd və qorxmaz Azərbaycan əsgəri dayanmışdı. Boş yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Cari ilin iyulunda da xalqımız yeni qəhrəmanları ilə tanış oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. Hər biri düşməni məhv etmək arzusu ilə alışıb yanırdı. Polad Həşimov, İlqar Mirzəyev, Xəyyam Daşdəmirov, Elşad Məmmədov, Vüqar Sadıqov, Rəşad Mahmudov, Anar Novruzov, Namiq Əhmədov, Elçin Mustafazadə, İlqar Zeynallı, Yaşar Babayev, Nazim İsmayılov kimi oğullarımız mərdliyin, cəsarətin zirvəsinə yüksələrək, qəhrəman oldular. Biz də Vətənimiz üçün yaşamış igidlərimizi unutmuruq,unutmayacağıq. "Hər bir xalqın dayağı və güvənc yeri onun ordusu və bu orduda xidmət edən mərd oğullarıdır. Ölkəmiz də hər zaman öz qəhrəmanları ilə tanınır və tanınacaqdır.44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, yarımçıq qoyduğumuz missiyanı tamamlamaq üçün döyüş meydanına qayıdıb, öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik;Cənab prezident İlham Əliyev möhtəşəm Xarıbülbül festivalında çıxış edərək demişdir: "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh və hərbçilərimizin əzmkarlığı bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik".Yer üzündə əksər xalqlar üçün bir neçə müqəddəs məhfumlar mövcuddur. Vətən, millət, dövlət, dil. Bu varlıqlar təhlükədə olanda həyəcan təbili çalınır, Vətənin igid oğulları savaşa qalxır. Buna görə də əsl vətənpərvərlər Vətənin problemlərinə biganə qala bilməz.Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.Vətən yolunda canlarından keçənlər. Yeni nəsillər üçün qəhrəmanlıq ,vətənpərvərlik nümunələridir!

Xəyalə Əzizova
N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

sia.az

Digər xəbərlər