"Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev iyunun 26-da Azərbaycan ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin bir çox məqamlarına bir daha aydınlıq gətirdi. Ermənistana və onun haqsız havadarlarına bir daha xəbərdarlıq etdi və mesajlar verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.Onun sözlərinə görə, ermənilərin ən qorxduğu məqam budur: "Azərbaycan xalqının ermənilərin törətdiyi vəhşilikləri unutmaması! Ermənilər bu vəhşilikləri iki yüz ildir xalqımıza qarşı törədiblər və ən müxtəlif vasitələrlə çalışıblar ki, bu vəhşiliklər yaddan çıxsın ki, onlar bu cinayətlərə görə cəza almasınlar və bir müddət sonra xalqımıza qarşı yeni cinayətlər törətsinlər, yeni qətllər həyata keçirsinlər, yeni ərazilər işğal eləsinlər. XIX əsrdə də bu, belə olub, XX əsrdə də. 1905-1906-cı illər soyqırımını törətdilər və çar Rusiyasının müdaxiləsi ilə bu soyqırımını tarixin arxivinə ötürdülər. Bundan ürəklənib 1918-1920-ci illərdə xalqımıza qarşı daha dəhşətli, tarixdə analoqu çox az olan soyqırımı törətdilər, kəndlər, şəhərlər yer üzündən silindi, yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi, yurd-yuvasından qovulub çıxarıldı, onların evlərinə, kəndlərinə soysuz ermənilər yerləşdirildi. Az sonra “sovet milli siyasəti” bəhanəsi ilə bu soyqırımını da unutdurdular, insanlara qardaşlıq mahnıları oxutdular, etiraz edənlərin başını çəkiclə əzib, boğazını oraqla biçdilər. Yeri-göyü lərzəyə gətirən bu soyqırımı da cəzasız qaldı, Mikoyanlar keşiş libasını çıxarıb, bolşevik mundiri, Sarıqamışda türklərə qarşı vuruşan Baqramyanlar çar Rusiyası zabiti formasını dəyişib, Qızıl Ordu forması geydilər, general, marşal oldular. Xalqımıza qarşı soyqırımını sovet dövründə də davam etdirdilər, bu dəfə “dinc” üsullarla. Bütün 70 il ərzində Moskvanın əli ilə bizə öz tarixi faciələrimizi xatırlatmağı belə yasaqladılar, amma öz bədnam “dənizdən-dənizə Ermənistan” ideyalarını təbliğ elədilər, yaydılar, bu “ideologiya” ilə zəhərlənmiş aldadılmış, qisasçı, Azərbaycan-türk qanına susamış yaramaz bir nəsil – Xanzadyanlar, Kaputikyanlar, Balayanlar, Ter-Petrosyanlar, Köçəryanlar, Sarkisyanlar, Ohanyanlar yetişdirdilər".Deputat həmçnin qeyd edib ki, 1988-ci ildə yenidən Azərbaycana qarşı yeni işğalçılıq əməllərinə başladılar. Artıq arxayın idilər ki, xalqımıza qarşı nə etsələr də, müxtəlif üsullarla bunu xalqımıza unutduracaqlar, özləri unutdura bilməsələr, havadarlarının əli ilə unutduracaqlar. Çünki bunu dəfələrlə sınaqdan keçirmişdilər. İlk vaxtlarda buna qismən nail oldular da. 1988-1991-ci illərdə Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımızdan 300 min soydaşımızı qəddarlıqla öz yurd-yuvalarından qovdular. Bunun ardınca Azərbaycanın Qarabağ bölgəsində müharibəni qızışdırmaqla Qərbi Azərbaycanda törətdikləri vəhşilikləri arxa plana keçirməyə nail oldular. 30 il torpaqlarımızı işğal altında saxladılar, 30 il danışıqlarda Qərbi Azərbaycan məsələsi gündəmdə olmadı, sanki erməni vəhşiləri Qərbi Azərbaycanda heç bir vəhşilik törətməyibmişlər. Ədalətsiz dünya da bu məsələdə ermənilərə dəstək oldu. Nəhayət, Azərbaycan xalqı öz qüdrətli Liderinin, Müzəffər Ali Baş Komandanının çağırışı ilə silaha sarıldı, torpaqlarımıza it sürüsü kimi doluşan düşməni torpaqlarımızdan iti qovan kimi qovub çıxardı. 30 ildə xalqımıza və torpaqlarımıza, bu torpaqlarımızdakı bütün dəyərlərimizə düşmən kəsilən ermənilər yenə güman elədilər ki, qayıdıb torpaqlarımızda yaşayacaq, gələcək separatçı hərəkətlər üçün zəmin hazırlayacaqlar. İndi də buna əmindirlər, elə bilirlər ki, arxasında gizləndikləri havadarları bunun üçün onlara şərait yaradacaqlar, Azərbaycan xalqı da hər şeyi unudub, bu it sürüsünə qucaq açacaq. Lakin cənab Ali Baş Komandan hər dəfə deyəndə ki, “biz heç vaxt, heç nəyi unutmayacağıq” ermənilərin bütün ümidləri alt-üst olur. Onlar görürlər ki, artıq törətdikləri cinayətləri onlara heç kəs bağışlamayacaq, etdikləri vəhşi əməllərə görə hər biri cinayət kürsüsündə əyləşəcək və cavab verməli olacaq. Ermənini də ən çox qorxudan da budur".
sia.az