Cənab Prezidentimiz hələ müharibədən əvvəlki dövrdə, danışıqlar aparılan dövrdə də ATƏT-in Minsk Qrupuna da, beynəlxalq qurumlara da, Ermənistanın rəhbərlərinin özlərinə də dəfələrlə çağırışlar edirdi ki, siz normal yaşamaq istəyirsinizsə, sizin yeganə bir yolunuz var, bu yol da qonşularla mehriban əməkdaşlıqdan, sülhdən keçir, başqa yol yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, müharibə bunu bir daha sübut elədi və Ermənistanın tək ordusu yox, iqtisadiyyatı da, siyasəti də, diplomatiyası da, bütün sahələri də məhv oldu, ümumilikdə Ermənistan məhv oldu, iflasa uğradı.“Ermənistan dalana dirənmiş, blokada şəraitində olan bir anklavdır və buna dövlət də demək olmaz. Cənab Prezidentimiz bir neçə dəfə bu fikri səsləndiribdir ki, onlar, ermənilər 30 il ırzində müstəqil dövlət də, dövlətçiik də qura bilmədilər. Onlar bu xam xəyallardan əl çəksinlər, ağıllı olsunlar. Normal yaşamaq istəyirlərsə, əməkdaşlığa gəlməlidirlər.Bəli, müharibədən sonrakı dövrdə də, xüsusilə Silahlı Qüvvələrimiz günü hərbçilərimizlə, bir qrup hərbçilərimizlə görüşdə də cənab Prezidentimiz çox müdrik, çox cəsarətli, çox sərt bəyənatlar verdi. Yəni, başa saldı ki, Azərbaycanın bu gün onlarla nə qonşuluq etməyə, nə də heç bir şeyə ehtiyacı yoxdur, Azərbaycan inkişafda olan, inkişaf edən güclü bir dövlətdir, güclü iqtisadiyyata, şaxələnmiş iqtisadiyyata malik, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə malik, Avropanın enerji təhlükəsizliyinə töhvə verən bir dövlətdir. Azərbaycanın nə qədər beynəlxalq layihələri var ki, bunlar hamısı Azərbaycanın rəhbərliyi ilə, təşəbbüsü ilə həyata keçirilib və keçirilməkdədir. Əgər onlar da düşdükləri bu fəlakətli vəziyyətdən çıxmaq istəyirlərsə, onlar qonşularına qarşı olan bu düşmənçilik, ərazi iddialarından, işğalçılıq iddialarından, xəyallarından əl çəkməlidirlər.Yəni, bu 30 il göstərdi ki, onlar bununla özlərini həddən artıq acınacalı bir duruma salıblar. Heç olmasa bir götür-qoy eləsinlər, nəticə çıxarsınlar. Axı onların hamısı axmaq deyil, içərilərində bir sağlam düşüncəyə malik olan insanlar da var və belələrinin sözünə baxsınlar. Türkiyəyə, Azərbaycana qarşı olan bu düşmən mövqelərindən, bu qisasçılıq mövqelərindən, bu ərazi iddialarından əl çəksinlər ki, əməkdaşlığa gedilsin, həmrəylik olsun, dayanıqlı sülh olsun bölgədə və onlar bu halda normal yaşaya bilərlər. Əks halda Ermənistandan köçmələri bu gün də qabağını alıb saxlamaq olmayacaq, Ermənistan ermənisiz qalacaq. Elə əslində bu cür də olmalıdır. Çünki, Ermənistan deyilən dövlətin yerləşdiyi ərazi bizim tarixi torpaqlarımızdır və dönüb biz özümüz oralarda məskunlaşacayıq son nəticədə.Mənə belə gəlir ki, sərsəm bəyənatlardan əl çəkməlidirlər və cənab Ərdoğan da, cənab Prezidentimiz İlham Əliyev də, hətta cənab Vladimir Putin də belə bir fikir səsləndirdi ki, hər iki dövlət çalışmalıdır ki, qarşılıqlı sülh olsun. Bəli, hamı sülh istəyir. Heç kim müharibə istəmir. Müharibə istəsələr 44 günlük müharibə bu dəfəkinin yanında “muştuluq” olacaq. Bax belə olan təqdirdə artıq İrəvanın mərkəzində Azərbaycan bayrağı dalğalanacaq, himni səsləndiriləcək”, deyə Elman Məmmədov bildirib.
sia.az