PDF Oxu

Siyasət

  • 3 898

Dövlətlə birlikdə güclənmək və güclü olmaq konsepsiyası

Dövlətlə birlikdə güclənmək və güclü olmaq konsepsiyası

Medianın İnkişafı Agentliyinin (MEDİA) son on ilin ən mübahisəli və mürəkkəb bir ideyasını - dövlət maliyyələşmə tarixində ilk dəfə olaraq çap media ilə yanaşı saytların da şəffaf maliyyələşdirilməsini reallaşdırdı

Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol olduqca zəngin bir inkişaf yoludur. 1875-ci ildə maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən "Ziya", "Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin" və s. nəşrlər məhz "Əkinçi" ənənələrini davam etdirmiş, Azərbaycanın milli dirçəliş tarixində önəmli rol oynamışdır. Yarandığı gündən mütərəqqi ideyaların carçısı kimi çıxış edən Azərbaycan mətbuatı hər zaman mütərəqqi ideyaların tərənnümçüsü olub. Xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verən mətbuat maariflənmədə, milli düşüncəsinin formalaşmasında, mədəniyyətimizin, mənəvi dəyərlərimizin gələcəyə daşınmasında mühüm rol oynayıb, Azərbaycanı müstəqilliyə aparan yolda fəal iştirak edib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib.Xüsusən, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi və istəyi ilə ikinci dəfə siyasi hakimiyyətə gələrək bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi kimi mühüm məsələləri həll etdi və bu addımlar medianın yüksəlişinə xidmət etdi. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərindən senzuranı ləğv etdi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. Məhz buna görə də Heydər Əliyev 2001-ci ildə "Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.

Son 18 il - müstəqil mətbuatın inkişafında yeni mərhələ

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. 2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Dövlət başçısı, həmçinin respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Bu dövrdə milli mətbuatımızın yaranmasının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. O cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuat təmsilçilərinə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.Bu gün dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı Azərbaycandakı kimi liberal qaydalara rast gəlmək olar. Bunun nəticəsidir ki, son illərdə ölkədə televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb. Bütövlükdə ölkədə əhalinin internetə çıxışı ən yüksək səviyyədə təşkil olunub ki, bu da söz azadlığının təmin olunmasında əsas vasitələrdən biridir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti mətbuatın inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Kütləvi informasiya vasitələrinin (KİV) "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edildi, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi.2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Və konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna çox əhatəli və genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə dövlət büdcəsindən fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır.Dövlət başçısının sərəncamı ilə ölkədə fəaliyyət göstərən 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maddi yardım ayrıldı. 92 nəfər mətbuat işçisi isə fəxri adlara layiq görüldü və "Tərəqqi" medalı ilə təltif edildi. Prezident "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncam imzaladı. Prezidentin ehtiyat fondundan KİVDF-yə 5 milyon manat pul ayrıldı. Bu nəinki MDB məkanında, heç Avropanın ən inkişaf etmiş dövlətlərində belə jurnalistlərin sosial müdafiəsi bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmayıb.

MEDİA-nın yaradılması zamanında atılan addımdır

Sözsüz ki, bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində də islahatların aparılmasına aparılmasına zərurət yarandığı üçün “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.Beləliklə, Medianın İnkişafı Agentliyi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisi olaraq, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçdi. Fərmana əsasən Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir; Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.Bir məqamı vurğulamaq lazımdır ki, KİVDF təsis olunduğu 10 il ərzində müəyyən media nümayəndələri ilə müəyyən problemlərin yaranması ciddi narazılığa səbəb olurdu. Belə bir məqamda Medianın İnkişafı Agentliyinin yaradılması zamanında atılan addım idi. Və bu gün Medianın İnkişafı Agentliyi, əslində, son on ilin ən mübahisəli və mürəkkəb bir ideyasını həyata keçirdi və ancaq klassik media ənənələrinin yaşadılmasına daha çox üstünlüklə yanaşı, həm də elektron medianın, yəni yeni medianın inkişafında bilavasitə iştirak edə biləcək mühüm qurum olduğunun fəaliyyətə başladığı bu 6 ay müddətində bir daha göstərdi, 6-sı gündəlik, 12-si həftəlik olmaqla 18 qəzetin və 32 saytın aşkar meyarlarla maliyyələşdirilməsini rəsmiləşdirən MEDİA Agentliyinin dövlət maliyyələşməsindən kənarda bircə müstəqil qəzet də qalmayıb. Vacib olan odur ki, qəzetlərin maliyyələşməsi prosesinin dönməz xarakteri təmin edilib və maliyyələşmənin indiki mexanizmi gələcək təkmilləşmələri də özündə ehtiva etmək şərti ilə, əsasən, doğru variant kimi qəbul edilib.Qəzetlərin şəffaf maliyyələşməsi bir mərhələ idisə, saytların maliyyələşməsi ikinci mərhələ oldu. Xüsusilə də, MEDİA-nın bu günlərdə elan etdiyi ikiseqmentli (çap və onlayn media) maliyyələşmə milli medianın məhz dövlətlə birlikdə güclənmək, güclü olmaq konsepsiyasının həyata keçirilməsinə xidmət edir və şəffaf rəsmi maliyyələşmə bir sıra saytların qarşısında yeni inkişaf pilləsi deməkdir.Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı nəticələrə əsasən, təqribən 39 onlayn media resursu, 18 çap media qurumu - qəzet (ümumilikdə 57 media qurumu) müsabiqənin qalibi olub. Əgər bundan öncəki, sonuncu müsabiqənin nəticələri ilə müqayisə etsək görərik ki, qaliblərin sayı təqribən 3 dəfə artıb, yəni kəmiyyət artımı bu müsabiqənin bir yeniliyidir, quru statistikadan ibarət deyil. Növbəti yenilik onlayn media qurumlarına müsabiqədə iştirak etmək və qalib gəlmək şansı verilməsi, müsabiqəyə qatılmaq istəyənlər üçün müəyyənləşdirilən şərtlərdir ki, bu şərtlər də məzmun istehsalı, işçi heyət, rekvizitlərlə bağlıdır.Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun dediyi kimi: “Bu yolla keyfiyyətli xəbər istehsalının təmin edilməsinə, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə, həmçinin kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətində inkişafa nail olunacaq".Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərlərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər.

sia.az

Digər xəbərlər