“Hər zaman demişik və yenə də deyirik ki, Ermənistana ordu lazım deyil. Yəni Ermənistan ordunu nə edir ki? Ermənistanın qərb qonşusu Türkiyədir. Bu üzdəniraq toplum Türkiyə dövləti ilə müharibə apara bilər? Lap tutalım Ermənistan əhalisinin hamısını orduya yazsınlar, nə dəyişəcək ki, heç nə. Şərq qonşusu isə Azərbaycandır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, güclü Azərbaycan dövlətinin qarşısında Ermənistan müqavimət göstərmək imkanına malik deyil. 44 günə Ermənistanın canlı qüvvəsi və texnikası tamamilə məhv edildi. Bunu Ermənistanın özü də etiraf edir. Ermənistan İranla müharibə apara biləcək, yoxsa Gürcüstanla? Bu baxımdan, Ermənistana ordu lazımdırmı?”. Bunu hərbi ekspert Emil Həsənli SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət də deyil və hansısa dövlətə bağlıdır, ondan asılıdır: “Onsuz da Ermənistanın sərhədlərini Rusiya qoruyur, yəni Ermənistanın hətta özünü qorumağa gücü çatmır. Bir sözlə, hansı məntiqlə onlar ordu saxlayırlar. Ordu ölkənin təhlükəsizliyini qorumaq üçündürsə, bu, Ermənistana lazım deyil. Yəni Ermənistan hansısa qonşu dövlətlə müharibə aparsa, nə əldə edə bilər? Demək olar ki, Ermənistan böyük dövlətlərin əlində oyuncaqdır. Yaxşı olardı ki, Ermənistan pozucu hərəkətlərindən əl çəkib, qonşuları ilə normal münasibət qursun, əks halda mövcudluğunu itirəcək. Bu günləri əgər ordu saxlamağa gərək yoxdursa, sabah dövlət olmayacaq”.
Hərbi ekspert bildirdi ki, ermənilər bu bölgəyə gəlmədilər və bu baxımdan da bölgəyə uyğunlaşa bilmirlər: “Demək olar ki, ermənilər bura köçürüləndən bəri müharibə, soyqırımı, təcavüz, işğal, separatizm, qanunsuz narkotik maddələrin dövriyyəsi, mülki insanların qanunsuz silahlardan istifadə etməsi və s. halları baş verməkdədir. Ermənilər beynəlxalq hüququn ən ağır cinayətlərini törədiblər. Ona görə də, ermənilər ya burda normal yaşamalı, yəni qonşu dövlətlərdən üzr istəməli, xüsusilə də Azərbaycana qarşı törətdikləri vəhşiliklərə və terror aktlarına görə təzminat ödəyib yaşamalıdırlar, ya da çıxıb getməlidirlər, başqa yol yoxdur. Ermənistanda ordu ləğv edilir və qarşılığında hərbi polis yaradılmasına da ehtiyac yoxdur. Polis daxildə sabitliyi qorumaq üçün lazımdır. Ermənistanın hərbi adına qurum saxlamağa nə maddi, nə mənəvi, nə psixoloji gücü, nə də ki, haqqı yoxdur”.
Gülyana