PDF Oxu

Siyasət

  • 3 530

“Bu, siyasi revanş cəhdidir” PARTIYA SƏDRİNDƏN SƏRT TƏPKİ

“Bu, siyasi revanş cəhdidir” PARTIYA SƏDRİNDƏN SƏRT TƏPKİ

“Müxalifət yönlülərin kütləvi tədbirlər keçirmək, mitinq keçirmək niyyəti barədə sosial şəbəkələrdə olan məlumatlar narahatedicidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri vurğulayıb ki, adətən hərhansı bir dövlətdə, məsələn, ABŞ Vyetnam müharibəsindən sonra bir neçə il şok yaşadı və cəmiyyət orada heç bir etirazını bildirmirdi, öz dövləti ilə həmrəyliyini nümayiş etdirirdi, hətta tənqid edənlər olsa da ki, Vyetnamda müharibə aparılıb, heç kimin ağlına belə gəlmirdi ki, dövləti nədə isə ittiham etsin.

“Məsələ ondan ibarətdir ki, biz müharibə aparmışıq, çox böyük qalibiyyət əldə etmişik, bizim nə qədər üstünlüklərmiz olub, Azərbaycan haqqında dünyada daha çox danışmağa başlayıblar, dünyanın Azərbaycana daha çox ehtiyacı var, bir sıra dövlətlər Azərbaycanı sayır, hörmət edir ölkəmizə. Azərbaycan itgilərinin belə mütləq əksəriyyətinin yerini doldurub. Təsəvvür edin ki, Azərbaycan nə qədər uğurlu siyasət aparıb. Heç bir sosial sifariş olmadığı halda, dövlətimizin bu böyda qalibiyyəti, təntənəsi olduğu halda mitinq nə deməkdir, tələb nədir, nə demək istəyirlər, kim onlara qoşulacaq? Amorf quruluşa malik, sosial bazasını itirmiş müxalifət görünür nə isə təşkil etmək istəyir. Açıq deyək ki, Ali Baş Komandan bunların əlindən bütün konturları da aldı öz qalibiyyəti ilə. Bunlar mənəvi cəhətdən də, siyasi cəhətdən də deqradasiya oldular. Bir kəndin alınmasını arzu edən, deyək ki, bir kəndin alınmamasına görə iqtidarı ittiham edənlər indi yanlış fikirlərə düşürlər, yanlış ittihamlar edirlər.

Mən düşünürəm ki, bu düzgün deyil və cəmiyyətdə olan xırda problemlərdən, sosial problemlərdən, camaatın ola biləcək mümkün çətinliklərindən müxalifətin istifadə eləməsi özünün siyasi revanş cəhdidir. Çünki, partiya olaraq sıradan çıxıblar, “Milli Şura“ fəaliyyət göstərə bilmir, özlərini yenidən elə bil ki, təşkil etmək, formalaşdırmaq istəyirlər və bununla da ətraflarında guya kimləri isə toplamaq niyyətindədirlər. Amma hamı yaxşı bilir ki, istər Müsavat olsun, istər AXCP olsun, istərsə də “Milli Şura”, yaxud digərləri olsun, bunlar sosial bazalarını kütləvi şəkildə itiriblər. Mən düşünürəm ki, müxalifətin kütləvi tədbir keçirmək, mitinq keçirmək niyyəti, məqsədi lazımsız və mənasız bir məsələdir”, deyə Tahir Kərimli bildirib.

İnam Hacıyev

Digər xəbərlər