PDF Oxu

Siyasət

  • 2 909

YAP İmişli rayon təşkilatının 28-ci ildönümü qeyd edilib

YAP İmişli rayon təşkilatının 28-ci ildönümü qeyd edilib

YAP İmişli rayon təşkilatının 28-ci ildönümü münasibətilə videoformatda tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbir iştirakçılarını salamlayaraq rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə onları təbrik edib. O qeyd edib ki, 1992-ci ildə noyabrın 21-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası təsis edilib. Qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlər partiya sıralarına daxil oldular.

1993-cü il iyulun 3-də İmişli rayonunda da Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsis edilib: “Rayonumuzda o dövrün ən nüfuzlu ziyalıları, zəhmət adamları rayon təşkilatının yaradılmasını alqışladılar və onun sıralarına daxil oldular. YAP İmişli rayon təşkilatı 8619 nəfər üzvü özündə birləşdirən 86 ərazi ilk partiya təşkilatından ibarətdir. Partiya üzvlərindən 2928 nəfərini gənclər, 2701 nəfərini isə qadınlar təşkil edir.

Digər çıxış edənlər də YAP-ın yaranma zərurətindən, ölkəmizin bütün sferalarında yaxından və uğurlu iştirakından danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi davamı kimi Yeni Azərbaycan Partiyasının yaranmasını göstərə bilərik. Əgər YAP o zaman yaranmasaydı bugünkü Azərbaycanın mövcudluğundan, inkişafından, uğurlarından danışmaq olmazdı. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə atdığı bu addımı bu gün ölkə Prezidenti İlham Əliyev layiqincə və daha modern şəkildə davam etdirir.

Gənclər Birliyinin sədri Rüfət Muradov və idarə heyətinin üzvü Rafael Məmmədov çıxışlarında YAP-ın ötən müddət ərzində ölkəmizin inkişafı naminə apardığı uğurlu siyasətdən danışıblar.

Təşkilatın rayon gənclərinin hərtərəfli inkişaf еtdirilməsi ilə yanaşı onların siyasi fəallıqlarının artırılması istiqamətində də müxtəlif təşkilatlarla sıх əlaqə yaratdığı və bu sahədə məqsədyönlü işlər aparıldığı diqqətə çatdırılıb.

Digər xəbərlər