Füzuli və Zəngilanın mina xəritələrinin Ermənistandan alınması Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürüdür
Bu, real faktordur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb və rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Qarabağı işğaldan azad etməklə Zəfər Qələbəsi qazandı. Başqa yol da ola bilməzdi. Çünki bu gün Azərbaycan qətiyyətli nizamlı siyasəti ilə minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatmalıyıq və bu hədəflərə ardıcıl olaraq çatırıq da! Baxmayaraq ki, beynəlxalq arenalarda erməni əsirlərinin qaytarılması üçün təzyiqlər edilir və bəyanatlar verilirdi. Ancaq Azərbaycana qarşı başladılan informasiya hücumu uğurla dəf edildi. Həmçinin, sərhədlərin dəqiqləşməsi və gələcəkdə sülh müqaviləsinin bağlanması da əsas hədəflərdəndir ki, Azərbaycan bunlara da nail olacaq. Nəticə göz qabağındadır. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri iyulun 3-də Azərbaycan tərəfinə təqdim edib. Bu isə, on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirilməsi deməkdir. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.Əslində, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Heç kimə sirr deyil ki, ermənilər indiyədək müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edirdilər. Məqsəd isə bəllidir; daha çox azərbaycanlı həyatını itirsin. Çünki cənab prezidentin sərəncam və tapşırıqlarıyla Qarabağ indi böyük bir tikinti meydançasını xatırladır. Təsəvvür edin, yollar tikilir, körpülər salınır, bu və ya digər dövlət qurumları infrastruktur layihələri həyata keçirirlər. Bu gün Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçirilməsi, Füzulinin strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, Azərbaycanın bu xəritələri əldə etməsinin hansı səviyyədə uğurlu olması heç kimdə şübhə doğurmamalıdır.
Bütün şərtləri qaliblər diktə edir
Azərbaycan Prezidenti İlham Əliyev də bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Hazırda prioritet vəzifə ərazilərin minalardan təmizlənməsini daha tez başa çatdırmaqdır. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir. Lakin Azərbaycan Prezidentinin qətiyyətli, planlı, diplamatik siyasət aparmasının nəticəsi olaraq 7 ay keçən Zəfər qələbəmiz müddətində artıq işğaldan azad olunun z rayonumuzun Ağdam, Füzuli və zəngilan rayonlarının mina xəritələri Azərbaycana təhvil verildi. Bütün bu uğurlu nəticələr Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, parlaq diplomatik qələbəsidir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın diktəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik”.Dövlət başçısı hər dəfə bəyan elədi ki, Ermənistan bizə bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. Beləliklə, həm dövlət başçısı səviyyəsində, həm də ayrı-ayrı ekspertlər, siyasi xadimlər, eləcə də yerli və beynəlxalq medianın bu məsələdə nümayiş etdirdiyi həssaslıq öz bəhrəsini verdi. Bu gün Ağdamın, Füzuli və Zəngilanın mina xəritələrinin alınması Azərbaycanın beynəlxalq siyasətdəki uğurunun təzahürüdür.Doğrudur, Ermənistan israrla belə bir xəritələrin varlığını inkar edirdi. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə də hörmətsizlik edərək qeyri-konstruktiv mövqe sərgiləyirdi. Lakin seçki öncəsi ölkədə yaşanan xaotik vəziyyətdən çıxış yolu tapmayan Ermənistan, nəhayət, yenidən Azərbaycanla hesablaşmağa məcbur oldu. Artıq Azərbaycanın diktəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik. Çünki Azərbaycan hər şeydən öncə sivil yolu, beynəlxalq normaları əsas götürür. Necə ki, dövlət başçısı bütün beynəlxalq platformalarda beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməyi, Ermənistandan qeyri-insani siyasətindən imtina etməyi tələb etdi. Bu gün ABŞ Dövlət Departamentinin, eləcə də Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması Prezident İlham Əliyevin bu strateji siyasətinin nəticəsidir. Beləliklə, Prezident İlham Əliyevin strateji və taktiki siyasi xətti davam edir. Çünki qarşıda hələ çox işlər durur. Ermənistan da zənn etməməlidir ki, Ağdam, Füzuli və Zəngilanla hər şey bitmədi, işğaldan azad olunan digər rayonlara basdırılan minaların da xəritəsi tək-tək Azərbaycana təhvil verilməlidir. Bunu məcbur qalmadan etsə, hər şey bu ölkənin özü üçün də faydalı olacaq. Bir sözlə, zaman bizim xeyrimizə işləyib və bundan sonra da belə olacaq. Çünki biz qalib tərəfik və şərtləri də biz bəyan edirik!
sia.az