PDF Oxu

Siyasət

  • 4 008

Əli Kərimli sosial şəbəkələrdə özünü rüsvay edir - ŞƏRH

Əli Kərimli sosial şəbəkələrdə özünü rüsvay edir - ŞƏRH

Mövcud reallıq və faktlar ondan ibarətdir ki, dağıdıcı müxalif düşərgənin fəaliyyəti bərbad duruma düşüb. Artıq partiyalararası düşmənçilik, funksionerlərin bir-birini gözdənsalma kampaniyası ağır nəticələrini verməkdədir. Yəni hazırda dağıdıcı düşərgədə bir növ başıpozuq vəziyyət hökm sürür. Bu da onu deməyə əsas verir ki, bu başıbəlalı dəstə yaxın vaxtlarda tarixin arxivinə atılacaq. Hələlik isə siyasət də qaldıqlarını nümayiş etdirmək üçün çabalarını davam etdirilər. Xüsusilə də bu şəxslər sosial şəbəkələrə üst tutaraq burda öz siyasi varlıqlarını göstərməyə çalışırlar. Faktlar isə onu təsdiq edir ki, onlar sosial şəbəkələrdə də özlərini rüsvay edirlər. Baxmayaq ki, müxtəlif təxribat, qarayaxma üsulları ilə xalqı çaşdırmağa çalışırlar. Xüsusilə pandemiya dövründə yenidən fəallaşan bu şəxslər dövlətin gördüyü işlərə kölgə salmağa cəhdlər göstərirlər. Hətta 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə erməni maraqları prizmasından yanaşma nümayiş etdirirlər. Şər və böhtan vasitəsindən geninə boluna yararlanmağa çalışan bu ünsürlər bəzən qazilərimizin gözdən qaçan, həlli uzanan məişət problemlərini qabardaraq ondan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ancaq əminliklə söyləmək olar ki, müxalif məxluqların tutduqları bu əməlləri fiaskoya uğrayacaq. Onlar yenə də gülünc vəziyyətlə üzləşməli olacaqlar. Ümumiyyətlə görünən odur ki, siyasi fəaliyyətləri dövründə dağıdıcı müxalifət heç bir halda Azərbaycanın maraq və mənafeyi üçün xoşməramlı addımlar atmayıb. Hər zaman xarici maraqlı dairələrin, anti-Azərbaycan mərkəzlərin yerlərdəki təzyiq qrupları funksiyasını yerinə yetirirlər. Ancaq xalq-iqtidar birliyinin möhkəm əsaslara malik olması onların arzularını, məkrli planlarını alt-üst edib.

“Qazilərdən öz siyasi maraqları üçün istifadə etməyə çalışmaq cinayətdir”

Hazırki məqamda çox həssas təbəqə hesab edilən şəhid ailələrindən, qazilərdən öz siyasi maraqları üçün istifadə etməyə çalışmaq cinayətdir. Hesab edirəm ki, bunu Azərbaycan hüquq- mühafizə orqanları gözdən qaçırmamalıdırlar. Ramil Vəlibəyov adlı sosial şəbəkə fəalı dağıdıcı müxalifətin qazilərimizin xırda problemini şişirdərək ondan siyasi divident əldə etməyə çalışmasına sərt münasibət bildirib. Sosial şəbəkə fəalı özünün feysbuk səhifəsində yazır ki, bütün cəmiyyətimiz, ilk növbədə oyuna gətirilən şəhid ailələri, qazilər bilməlidirlər ki, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanıi Arif Hacılı, “Milli Şura”nın sədri Cəmil Həsənli, adları çəkilənlərin mirzələri olan Qənimət Zahid, Sevinc Osmanqızı məhz onların kürəyindən, problemlərindən pul qazanırlar: “Azərbaycanda fərdi qaydada etiraz edən qaziyə münasibət necədir? Onlara kimsə əl qaldırıbmı? Yaxud, kobud formada cavab verilibmi? Xeyr. Belə hal ola da bilməz. Axı, yalnız 44 günlük Vətən müharibəsində iştirak etmiş 160 min nəfərə yaxın hərbçiyə, qaziyə, veterana, şəhidlərin ailələrinə medal və ordenlər verildi, eyni zamanda, mənzillər, maşınlar, təqaüdlər təyin edildi, güzəştli iş yerləri, biznes qurmaq imkanları tanındı. Bir çox qazilərimiz Türkiyə, İsrail kimi ölkələrə müalicəyə göndərildi. 6 ay öncə gəzə bilməyən qazilərə müasir protezlər verildi və artıq onlar ayaq üstədirlər. Yəni, deməyim odur ki, dövlət qaziləri, şəhid ailələrini hər zaman diqqətdə saxlayır və bundan sonra da belə olacaq. Sadəcə səbr etmək lazımdır. İmkan verilməməlidir ki, qazilər, şəhid ailələri dövlətlə üz-üzə qoyulsun. Bundan zərər çəkən ancaq cəmiyyətimiz, qazanan isə Əli Kərimli və ona pul verən düşmənlərimiz olacaq. Bu barədə düşünən elə ilk növbədə qazilərimiz, şəhid ailələri olmalıdır”.

“Təki, qrant, ianə qazansınlar “

Sosial şəbəkə fəalı qazilərimizi Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimi məxluqların siyasi oyunlarının alətinə çevrilməməyə çağırır: “Problemlərinin həlli onsuz da dövlətimizin prioritetidir və həll ediləcəklər. Heç kəsin bundan şübhəsi olmasın. Amma kimlərinsə “like” və “baxış” toplama alətinə çevrilmələrinə icazə verməsinlər. Sual etsinlər ki, ailəsinə ABŞ-da, Britaniyada bahalı həyat yaşadan Əli Kərimli, özünə 60 minlik maşın alan Tofiq Yaqublu kimilər bu günə qədər hansı qaziyə, şəhid ailəsinə maddi dəstək durublar? Yaxud, Oqtay Güləliyev marafonuna 500 manat yazdıran Əli Kərimli, Arif Hacılı hansı qazinin bir probleminin həllinə 50 manat köməklik ediblər? Çətin ki, qazilərimiz erməni lobbisinin sifarişini yerinə yetirən Əli Kərimli kimilərdən bu suallara cavab alsınlar. Səbəb də odur ki, Əli Kərimli kimilər o qədər azğındırlar ki, məqsədləri üçün, hətta, qaziləri, şəhid ailərini də təhqir edərlər. Təki, qrant, ianə qazansınlar”.Göründüyü kimi ayının min oyunu, bir armudun üstündə olduğu kimi müxalif ünsürlərin, xüsusilə də AXCP sədri Ə.Kərimlinin siyasi şoularının mərkəzində də xarici fondların sifarişlərini yerinə yetirmək və bununla da maliyyə imkanları qazanmaq dayanır. Bəzən qrant əldə etmək üçün Ə.Kərimli öz əqidə dostlarını, partiya üzvlərini də satışa çıxarır.Xatırlatmaq lazımdır ki, AXCP üzvlərinin məhkəmə prosesində şahidlərin dediklərindən bəlli olmuşdur ki, AXCP-nin üzvü Vidadi Rüstəmli və partiyanın nəzarət-təftiş komissiyasının üzvü Təzəxan Mirələmli Heydər Əhmədovdan, Ceyhun Hüseynovdan, Rauf İsgəndərovdan, Elturan Rüstəmlidən və başqalarından müxtəlif vaxtlarda Əli Kərimlinin şəxsi tələbatlarının qarşılanması üçün Rusiyadan göndərilmiş, ümumilikdə 87 min dollar pul və onun sosial şəbəkələrdə canlı yayımlarının keyfiyyətli aparılması üçün kamera, mikrofon alıblar. Yəni əsas iş qrant qazanmaq olub. Ancaq Ə.Kərimli ifşa olundu. Sadəcə özü bataqlıqın içində idi, sadəlövh insanları da özünə yoldaş etməklə, onların həyatlarını alt-üst etdi. Yəqin ki, bu cür siyasi fəaliyyət uzun çəkməyəcək. Bir gün Ə.Kərimli özü etdiyi pisliklərin cəzasını yaşamalı olacaq.

sia.az

Digər xəbərlər