PDF Oxu

Siyasət

  • 2 961

"Yıxıl, adın çıxsın" - İSMARIC - EKSPERT RƏY VERDİ

"Yıxıl, adın çıxsın" - İSMARIC - EKSPERT RƏY VERDİ

“Hər bir siyasi qüvvə mitinq keçirməyin lazım olub-olmadığını özü müəyyən edir. Əlbəttə, bu gün Azərbaycanda hər hansı mitinq keçirməyin bir mənası yoxdur. Əminliklə deyə bilərəm ki, keçirilməsi nəzərdə tutulan mitinq də alınmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Araz Əlizadə deyib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə canfəşanlıq edən bir qrupun çağırışına kimlərinsə gələcəyi real görünmür: “Bütün bunlara baxmayaraq bu çağırışlara davam etməklə onlar demək istəyir ki, yəni, biz də varıq. Lakin cəmiyyət bir daha sübut edəcək ki, onlar yoxdur”.

A.Əlizadə vurğulayıb ki, bilirsiniz, uşaq vaxtı uşaqlar öz aralarında futbol oynayarkən futbol oynaya bilməyəni qoyurdular qapıya və deyirdilər "Yıxıl, adın çıxsın". “Əslində, bu yaşanan da eyni situasiyadır. Azərbaycanı gözü götürməyən qüvvələr çoxdur, xüsusən də xaricdə. Bu insanlar da həmin dairələrin dəyirmanına su tökmək istəyirlər, lakin suları yoxdur”.

sia.az

Digər xəbərlər