PDF Oxu

Siyasət

  • 3 362

“Azərbaycan yenə də öz gücünü, məharətini nümayiş etdirdi” PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan yenə də öz gücünü, məharətini nümayiş etdirdi” PARTİYA SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan növbəti dəfə Ermənistanı məcbur etdi ki, xəritələri versin və Ermənistan tezliklə digər bölgələrin də xəritələrini verəcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.Millət vəkili vurğulayıb ki, Azərbaycan yenə də öz gücünü, məharətini nümayiş etdirdi və mənə elə gəlir ki, bu, bizim “Böyük Qayıdış” layihəsi üçün çox böyük əhəmiyyət kəsb edir, insanların həyatını xilas edir.“Mənə elə gəlir ki, xəritələrin alınması bizim yeni infrastruktur və Qarabağı cənnətə çevirmək planımızın tərkib hissəsidir. Azərbaycan digər rayonların da yaxın müddətdə mina xəritələrini alıb, tezliklə minaları təmizlədikdən sonra işlər sürətlə həyata keçiriləcək. Azərbaycan yeni formada öz dəmir yumruğunu nümayiş etdirir. Mənə elə gəlir ki, güc tətbiq etmədən istədiyinə nail olmaq Azərbaycanın siyasətinin yeni uğurudur”, deyə Asim Mollazadə bildirib.

sia.az

Digər xəbərlər