PDF Oxu

Siyasət

  • 3 481

“Ermənistan seçim qarşısındadır” DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan seçim qarşısındadır” DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan iqtisadiyyatı üçün çox acınacaqlı vəziyyətin yaranması onun göstəricisidir ki, xarici borc illik dövlət büdcəsindən üç dəfə böyükdür. Bu o deməkdir ki, ölkə artıq özünü bankrot elan edə bilər və vəziyyətdən çıxmaq üçün əlində olan hər nə varsa, hamısını hərraca çıxara bilər. Çünki, xarici kreditorlar, yaxud heç kəs Ermənistana 8,1 milyardı bağışlamayacaq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatlı Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını bir müddət işğalda saxlaması, hərbi büdcəyə lazım olduğundan çox vəsait ayırması, Azərbaycan və Türkiyənin iqtisadi imkanlarından yararlana bilməməsi və sairədir.

“Sonuncu vətən müharibəsi də Ermənistanın ordusunu məhv etdi, Ermənistanın hərbi strukturu dağıdıldı və bunun nəticəsində Ermənistan bütün bunların hamısını yenidən bərpa etməlidir. Ümumən götürdükdə, Ermənistan artıq düşüncəsini “Böyük Ermənistan” yaradılmasına, qonşu dövlətlərin torpaqlarına iddia edilməsinə deyil, öz daxili prolemlərinin həllinə yönəltməlidir və bu məsələdə ona kömək edəcək variantlar artıq ortadadır. Bunların birincisi Zəngəzur dəhlizinin işə düşməsidir. Bu dəhlizin işə düşməsi ilə təkcə Azərbaycanla onun Naxçıvan bölgəsi arasında arasında əlaqə yaranmır. Bu, ikinci böyük ipək yoluna çüvrilir. Bu dəhliz vasitəsi ilə milyon tonlarla yük, yüz minlərlə insan Azərbaycan vasitəsi ilə Türkiyə və ordan başqa tərəfə, Rusiyaya, Mərkəzi Avropaya gedə bilər. Bu isə Ermənistan büdcəsi üçün xeyli vəsait deməkdir.Ermənistanın güclü ordu yaratmağa, hücum xarakterli silahlar almasına, çox sayda hərbçi saxlamasına ehtiyac yoxdur. Yəni bununla da qənaət hesabına Ermənistan öz daxili problemlərini həll edə bilər. Həmçinin Azərbaycanın və Türkiyənin sərhədlərini, ərazi bütövlüyünü tanımaqla, Ermənistan hər iki ölkədən investisiya cəlb edə bilər. Azərbaycan və türkiyə ilə ermənistan iqtisadi əməkdaşlıq edə, birgə layihələr yarada bilər. Ümumən götürdükdə, dünyanın hansısa bölgəsində iki inkişaf etmiş və böyük imkanlara malik dövlətlə qonşu olan bir ölkə olsaydı o mütləq bundan yararlanar və onlarla əlaqə hesabına özünün normal iqtisadiyyatını və insanlarının normal sosial vəziyyətini qura bilərdi.Bir sözlə, Ermənistan seçim qarşısındadır, ya büdcəsindən üç dəfə böyük borca onu gətirib çıxaran siyasəti və yolu davam etməlidir və bunu daha da ağırlaşdırmalıdır, yaxud da əvvəlki siyasətdən imtina edərək, qonşu dövlətlərlə normal münasibətlər qurmalı, öz iqtisadiyyatını bərpa etməlidir. Seçim Ermənistanındır və görünən ondan ibarətdir ki, Ermənistanın artıq vətən müharibəsindən əvvəlki vəziyyətə qayıdışı mümkün deyil. Heç kəs Ermənistana yenidən 8 milyard dollar borc verməyəcək, heç kəs Ermənistana pulsuz silah verməyəcək. Ən əsası isə həmin ordunu yedirtmək, saxlamaq, onun ehtiyaclarını ödəmək lazımdır. Ermənistan seçimini etməsə bir dövlət kimi onu xəritədən silinmək təhlükəsi gözləyir və bunu onun özü edəcək. Çünki, borcları qaytarmaq lazımdır”, deyə Aydın Mirzəzadə bildirib.

sia.az

Digər xəbərlər