“İşğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən basdırılan minaların xəritələrinin təhvil verilməsi ilə əlaqədar Azərbaycanın çağırışlarına, bəyanatlarına rəğmən Ermənistan israrla belə bir xəritələrin varlığını inkar edirdi. Hətta 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə də hörmətsizlik edərək qeyri-konstruktiv mövqe sərgiləyirdi. Lakin işğalçı ölkədə seçkiöncəsi yaşanan xaotik vəziyyətdən çıxış yolu tapmayan Ermənistan nəhayət yenidən Azərbaycanla hesablaşmağa məcbur oldu. Artıq Azərbaycanın diqtəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik. Və bu gün Ermənistan Azərbaycannı şərtlərinə əməl etməyə məcbur oldu – iyunun 12-də Acdamın, iyulun 3-də Füzuli və Zəngilanın mina xəritələrini təhvil verdi. Bu Prezident İlham Əliyevin hücum diplomatiyasında “Dəmir Yumruq” siyasətinin növbəti diplomatik uğurudur”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.Seyfəddin Əliyev vurğulayıb ki, mina xəritələrinin verilməsi insan itkisinin qarşısının alınmasında rol oynayır: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizin böyük hissəsini minalayıb ki, bu da həmin ərazilərin bərpasına böyük əngəldir. Eyni zamanda, müharibə bitdikdən sonra mina xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayət hesab olunur. Məlumdur ki, müharibə başa çatandan sonra xeyli sayda günahsız insan minaların qurbanı olub. Azərbaycan dövləti Ermənistanın mina xəritələrinin verilməsi üçün mümkün təsir imkanlarından istifadə edib və bu haqda beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edib. Bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir”.S.Əliyev vurğulayıb ki, indiyə qədər erməni tərəfi onlarda mina xəritələrinin olmamasını iddia edirdi və müxtəlif bəhanələrlə xəritələri Azərbaycana vermək istəmirdi: "Ermənistanın məqsədi mina qurbanı olan insanların sayının daha çox olması və azərbaycanlıların öz doğma yurdlarını qayıtmasını maksimum dərəcədə əngəlləmək idi. Amma Azərbaycan Prezidentinin diplomatik məharəti erməni tərəfinin bu çirkin, insanlıqdan uzaq olan niyyətini puç etdi. Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir. Bu baxımdan Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi, ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi, ölkəmizin diplomatik uğurudur. Eyni zamanda minalanmış ərazilərin xəritəsinin alınması 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra Azərbaycan Prezidentinin növbəti qələbəsi olmaqla, həm də Ermənistanın mina xəritələrinin olmaması ilə bağlı iddialarına birdəfəlik son qoyuldu. Enyi zamanda, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas etməsdir. Bu hadisə Prezident İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini daha da sürətləndirəcək".YAP Masallı rayon təşkilatının sədrinin sözlərinə görə mina xəritələrinin verilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şəraitin yaradacaq: “İşğaldan azad olunmuş Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlərin daha sürətlə aparılmasına ən böyük məneə ərazilərin minalanmasıdır. Məlumdur ki, Ağdamdan sonra ən böyük infrastruk layihələri Füzuli rayonunda həyata keçirilir. Belə ki, bu rayondan Şuşaya Zəfər yolu, digər önəmli avtomobil yolları, eləcə də Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti, beynəlxalq hava limanı və s. infrastruktur layihələri icra olunur. Bütün bunlar Füzuli rayonunun strateji əhəmiyyətinin göstəricisidir. Eyni zamanda, Zəngilan rayonunda da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın iştirakı ilə böyük qayıdışın müjdələrindən olan “ağıllı kənd” layihəsinin təməli atılıb. Beləliklə, inanırıq ki, Azərbaycanın uğurlu diplomatiyası, cənab Prezidentin qətiyyətli mövqeyi nəticəsində digər bölgələrdə də basdırılmış minaların xəritəsi ölkəmizə veriləcək. Digər tərəfdən, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”.
sia.az