PDF Oxu

Siyasət

  • 3 841

Paytaxt sakinləri mitinqə yox deyir - SORĞU

Paytaxt sakinləri mitinqə yox deyir - SORĞU

Bəzi müxalifətçilər, xüsusilə xaricdəki söyüşcül müxalifətçilər mitinq hazırlıqları aparır. Sosial şəbəkələrdə bununla bağlı çağırışlar edilir. Şüar bəlli deyil, hansısa missioner dairələrə bağlı olanlar xaotik bir proses aparır.

Bəs Azərbaycanda mitinq keçirmək üçün sosial sifariş varmı? Sosial şəbəkələrin bu qədər effektiv və populyar olduğu dövrdə mitinq ideyası nə qədər cəlbedici görünür? Hazırda mitinqlərə ehtiyac varmı? Məsələ ilə bağlı SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik.

Şəhər sakini Tofiq Əliyev: “Heç bir müxalifətçini tanımıram. Yalnız iqtidar tanıyıram. Qaçıb pulları daşıyıb xaricdə oturanları maliyyələşdirirlər. Onlar da qabiliyyətsizdirlər. Dilənçi kimi onları maliyyələşdirəndən pul alıb 10-15 nəfər adamı yığıb səs-küy qaldırıb qayıdıb yerlərində oturur. 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin nələr etdiyinin hamı şahidi oldu. Bu dəhşətli müharibə dövründə, xalqın zor zamanında müxalifətçilər harada idi? Əli Kərimlinin qarşısını kəsib oğlunun şəkillərini göstərirdilər ki, niyə müharibədə iştirak etməyib? Müxalifətçiləri xaricdəkilər maliyyələşdirir. İşləri-gücləri yoxdur. Qabiliyyətləri olsa, onlar da gəlib mitinqlə yox, siyasi yolla dövlətin qarşısına çıxıb təklif irəli sürüb mübarizə apararlar. Bunlar hamısı boş-bekar adamlardır”.

Şəhər sakini Həsən Məhərrəmov: “Əvvəllər müxalifətlə məşğul olmuşam. İndi onları yadıma salmaq istəmirəm. Müxalifətçilərin də bir çoxunu da tanıyıram".

Şəhər sakini Əli Safarzayev: “Müxalifətçilərin hamısını tanıyıram. Elə birinci müxalifətçi özümü misal göstərə bilərəm. Bu həmişə belə olub ki, ziyalılar cəmiyyətlə müxalifətdədirlər. Bu mənada nöqsanları deyirlər ki, hər şey yaxşı olsun. Bütün bunlarla yanaşı cəmiyyətimizdə gözəlliklər çoxdur. Elə bu gözəlliklərdən biri də sizin kimi müasir gənclərdir. Baxanda adamın ürəyi açılır. Bunlarla yanaşı xırda nöqsanlar da olur ki, onlar da yoluna qoyulacaq işlərdir”.

Şəhər sakini Siyasət Quliyev: “Müxalifəti görmürəm. Xaricdə oturub söyüş söyən bloggerlər elə danışırlar ki, adam utanıb xəcalət çəkir. Dünyanın heç bir yerində, belə bir şey yoxdur ki, gedib başqa dövlətdə oturub özününkünü söyüb pisləyəsən. Hər şeydən öncə etik qayda və mentalitet var. Bu videoları qadınlar da görür. Çox ayıbdır".

Şəhər sakini Elxan Orucov: “Müxalifətçilərin heç birini tanımıram. Heç adlarını belə bilmirəm. İndiyə kimi heç mitinqə getməmişəm. Açığı bu barədə də düşünməmişəm. Bu haqda məlumatsızam”.

Şəhər sakini Məhərrəm Əliyev : “Müxalifətçilərin heç birini tanımaq belə isdəmirəm. Bu mitinqlər çox güman ki, xaricdə yaşayan müxalifət yönümlü adamların sifarişi ilə hazırlanır. Cənab Prezidentimizə can sağlığı, uzun ömür arzu edirəm. Gün o gün olsun ki, bu sorğuları Şuşada təşkil edəsiniz".

Şəhər sakini Ramil Məmmədov: “Mən ömür boyu müxalifətdə olmamışam. Mən dövlətin adamıyam və dövlətdə işləmişəm. Mitinqə heç vaxt qarışmamışam və getməmişəm”

Şəhər sakini Kərəm Səfərov: “Müxalifətçilərdən hamısını tanıyıram. Məsələn, Əli Kərimli, Əli Əliyev və digər partiya sədrləri tanıdığım da çoxdur. Elə onlar da məni yaxşı tanıyır. Amma heç biri ilə əlaqəm yoxdur. Heç bir partiyanın da üzvü deyiləm. Mitinqə gedən adam da deyiləm. Kimlər də gedir özləri bilər. Bu məsələni yalnız bir nəfər həll edə bilər ki, o da cənab Prezidentdir. O nə deyirsə o da olmalıdır. Mən 3-cü qrup yanvar, 2-ci qrup Qarabağ əliliyəm. Oğlumla yaşıd şəhid qardaşıyam".

Şəhər sakini Zöhrab Əliyev: “Mən müxalifətlə məşğul olmuram. Qaldı ki, mitinqə ona da qarşıyam. Müxalifətçilərdən Əli Kərimlini və İsa Qəmbəri tanıyıram. Düşünürəm ki, onları dövlətimizə qarşı xarici qüvvələr yönləndirir”.

Şəhər sakini Yusifəli Musayev: “Müxalifətçiləri tanımıram. Heç tanımağa marağım da yoxdur. Ölkədə bir hakimiyyət varsa, o da iqtidardır. Yüz illərlə hakimiyyətlə olan heç bir dövlət başçısının ala bilmədiyi bir qarış torpağı bizim Prezidentimiz 44 günə aldı. Allah ona uzun ömür can sağlığı versin. İlham Əliyev Azərbaycanı dünyaya tanıtdı və başında papaq olmayan kişilərin başına papaq qoydu. Xaricdə olan müxalifətçilərdən, erməni ünsürlərinin drijorçuluğundan otur-dur komandasını eşidənlər yönləndirilir. Çünki, onlara bu sakitçilik, dolanışıq və əmin-amanlıq sərf etmir. Onlara lazımdır ki, burada qarışıqlıq salsınlar və xarici ölkələrdən qrant alsınlar”.

Şəhər sakini Paşa Əliyev: “Müxalifətçiləri tanımıram. Şəhərdə də son zamanlar demək olar ki, mitinq olmur. Bu dövlət çox gözəl dövlətdir. Hər şey çox yaxşıdır. Əsas Qarabağ idi ki, o da alınıb. Zaman keçdikcə hər şey düzələcək".

Ayşən Vəli

Digər xəbərlər