PDF Oxu

Siyasət

  • 4 211

Nikolun “çoxvektrolu” oyunları – o, ölkəsini haraya aparır? ANALİTİK+ŞƏRH

Nikolun “çoxvektrolu” oyunları – o, ölkəsini haraya aparır? ANALİTİK+ŞƏRH

Semyon Uralov: “Respublikanın demontajı baş verir, bu isə yaxşı heç nə ilə başa çatmayacaq”

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərindən və bu seçkilərdə Nikol Paşinyanın qələbə qazanmasının üzərindən iki həftədən artıq vaxt keçib. Eyni zamanda, seçkilərdən sonra bir daha müşahidə olundu ki, Nikol Paşinyan “çoxvektorlu”, daha dəqiq desək, qərbyönümlü siyasətdən imtina etməmək qərarında qalıb. Misal üçün, ABŞ-ın müstəqillik günündə o, Amerika rəhbərliyinə Ermənistandakı “demokratik islahatlara dəstək” göstərməsinə görə sonsuz minnətdarlıqlarını çatdırdı, habelə İrəvanın ABŞ-la münasibətinin dərinləşməsində maraqlı olduğunu qeyd etdi, eləcə də Qarabağ münaqişəsinin tənzimlənməsində Vaşinqtonun rolunu vurğuladı.
Paşinyan ultramillərçi radikalların sahələrində oynayır
Digər tərəfdən, daha əvvəl Nikol Paşinyan İrəvanda ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ilə görüşü zamanı ölkəsinin Birləşmiş Ştatlarla əməkdaşlığının yeni miqyaslara doğru inkişaf edəcəyini bildirdi. Misal üçün, ikitərəfli əməkdaşlığın nəticələrindən biri kimi ABŞ-ın Ermənistan polisinin yeni patrul xidmətinin yaradılmasındakı rolu göstərildi. Həmçinin, ABŞ-ın ünvanına ATƏT-in Minsk qrupunun həmsədri olaraq təriflər, reveranslar yağdırıldı, o cümlədən, amerikalıların həmsədrliklərinin regional təhlükəsizliyin təminatında həlledici açar rolu oynadıqları bildirildi. Və bununla növbəti dəfə İrəvan Vaşinqtonla Bakının arasını vurmağa cəhd göstərdi.Yeri gəlmişkən, bütün bunlardan həm də belə bir hiss yaranır ki, sanki Nikol Paşinyan artıq radikal ultramillətçi müxalifətin də əlinə oynamağa başlayıb. Məsələn, Ermənistanın Milli demokratik qütbunun tanınmış təmsilçisi Ara Papyan vəd edir ki, o, cəmi 8 dəqiqə ərzində Rusiyanı ABŞ-a dəyişə bilər (?!).Digər radikal ultramillətçi siyasi təşkilatın – “Sasna Srer” partiyasının təmsilçisi Varujan Avetisyan isə bəyan edir ki, ermənilərin iki seçimi var: Rusiya və Türkiyənin müəllifləri olduqları (?!) “Sovet Ermənistanı”, yaxud Qərbin layihəsi olan “Vahid Ermənistan”. Varujan Avetisyan daha sonra nəticə çıxarır: əgər ermənilər Azərbaycanın sərhədlərini tanıyarlarsa, bu zaman Ermənistan “Sovet Ermənistanına” çevriləcək.
Rusiyalı politoloq: “İrəvan Vaşinqtonla Bakının arasını vurmağa cəhd göstərdi”
SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli caliber informasiya analitik mərkəzinə Rusiya politoloqu, “COHAP-2050” analitik layihəsinin şef-redaktoru Semyon Uralov şərh verib. Onun sözlərinə görə, İrəvan Vaşinqtonla Bakının arasını vurmağa cəhd göstərdi.Belə ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən bu şəxs “idarəedilən xaosun” alətidir: “O, müstəqil fiqur deyil, çoxvektorluq isə onun institutudur. Daxili siyasət təxribatları vəziyyətindəki parçalanmış cəmiyyət gözlənildiyi kimi, hamının hamıya qarşı aparılacaq müharibəyə can atır. Bu, vətəndaş müharibəsinin soyuq formasıdır”.
“Bu gün Ermənistanda baş verənlərə nəzər salarkən ölkənin dərin böhrana daxil olduğu nöqtə görünür”
Uralov bildirib ki, çoxvektorluq oyunu bir tərəfdən erməni ictimaiyyətini qıcıqlandırır, digər tərəfdən isə bu, regionun sabitliyi hesab edilən Rusiyaya münasibətdə təxribatdır: “Moskva öz üzərinə öhdəlik götürüb – həm məğlub olan, həm də qalib olan tərəflər qarşısında. Rusiya Federasiyası istənilən şərtlərdə Bakı və İrəvan arasındakı razılaşmalar baxımından sülhün bərqərar olmasında maraqlıdır. Nikol Paşinyanın (müharibə vaxtı) söykəndiyi Qərbin rolu isə uğursuz çıxdı, baxmayaraq ki, ABŞ-da və Fransada böyük erməni lobbisi haqqında söhbətlər gedirdi. Bu gün Ermənistanda baş verənlərə nəzər salarkən ölkənin dərin böhrana daxil olduğu nöqtə görünür”.Rusiyalı politoloq bütün bunların “korrupsiya ilə mübarizə”, daxili siyasi problemlərin müzakirələri əsnasında baş verdiyini deyir və bütün bunların varlı olmayan erməni əhalisini narahat etdiyini bildirir. “Artıq dediyim kimi, respublikanın demontajı baş verir, bu isə yaxşı heç nə ilə başa çatmayacaq”, Uralov bildirib.
“Bu, Failed State-dir – baş tutmayan dövlət, ya da vətəndaş müharibəsi”
Politoloq Ermənistanda daxili qarşıdurmaların artacağı proqnozunu verib və bildirib ki, bu amilin özü ölkənin dağılmasına geniş şərait yaradır: “Nikol Paşinyanın radikalların sahəsindəki oyununa gələndə isə bunun özü daxili parçalanma təxribatıdır və bu da müxtəlif fikirlililərin bir-biri ilə toqquşmasına gətirib-çıxarır. “Sovet Ermənistanı” haqqında danışmaq minimum olaraq çox gülməlidir, maksimum isə axmaqlıqdır. Ermənistan Sovetlər İttifaqını ilk tərk edənlərdəndir, mərkəzdənqaçma hərəkatları (Baltika ölkələrini çıxmaqla) Gürcüstanda, Ermənistanda və Moldovada baş verdi.Lakin həmin Ermənistanda elə insanlar da var ki, onlar SSRİ vaxtlarını simpatiya və nostalgiya ilə xatırlayırlar...”Beləliklə, növbəti mərhələdə nə baş verəcəyini də proqnozlaşdıran rusiyalı politoloq bildirib ki, bu, Failed State-dir – baş tutmayan dövlət, ya da vətəndaş müharibəsi, yaxud Ermənistan vətəndaşlarının kütləviliklə ölkədən qaçışı: “Əhalinin yarısı ölkəni tərk edəcəklər – onlar haraya gedəcəklər – aydındır ki, çoxu Rusiyaya yollanacaq. Bizim bütün müttəfiqlərimiz və qonşularımız problemlərlə qarşılaşarkən bizə minimum olaraq çiqrasiya şəklində gəlirlər”.

sia.az

Digər xəbərlər