PDF Oxu

Siyasət

  • 4 396

İqtisadi gücümüz işğaldan azad olunmuş ərazilərin tam bərpasına zəmin yaradır - ŞƏRH

İqtisadi gücümüz işğaldan azad olunmuş ərazilərin tam bərpasına zəmin yaradır - ŞƏRH

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız geri alındı. Bu Azərbaycan tarixinin ən şanlı və işıqlı bir səhifəsidir. 44 gün qısa bir zaman olsa da, böyük tarixi yol oldu.

Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər və torpaqlarımızın işğalı zamanı ermənilər təcavüzkar siyasət həyata keçirərək, insanlıq əleyhinə vəhşilik törətmiş oldular. Həmin illərdə torpaqlarımızın işğalı ilə yanaşı, mülki əhaliyə böyük ziyan vurulmuş, tarix-mədəniyyət abidələrini, infrastrukturu dağırtmış, ağılasığmaz vəhşiliklərə imza atmışlar. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Erməni barbarlığının nəticəsi olaraq, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilmişdir. Bu gün müharibədən sonrakı dövrdə torpaqlarımıza qayıdarkən erməni təcavüzkarlarının hansı işləri görməsi insanları dəhşətə gətirir. Milliyyətindən asılı olmarayaq, işğaldan azad olunmuş ərazilərimizə səfər edən istər rəsmi nümayəndələr olsun, istər KİV nümayəndələr olsun, istərsə də hər hansı təşkilatların nümayəndələr erməni vandallıqlarına laqeyd ola bilmirlər.Bu gün artıq müharibədən qısa bir zaman keçmiş olsa da ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Ermənilərin xarabalığa çevirdiyi məkanlar yenidən qurulur və əvvəlki zamanına qayıdır. Belə ki, Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Bu günlərdə Böyük Britaniyanın "The Telegraph" saytında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa etməsi ilə bağlı dərc olunan məqalədə 1990-cı illərin əvvəllərində Qarabağın ermənilərin nəzarətinə keçməsindən sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün silahlı şəxslər tərəfindən hədəf kimi istifadə edildiyi bildirilib.Qeyd olunub ki, həmin büst azərbaycanlılar tərəfindən xilas edilib və uzun illər ərzində qorunub saxlanılıb. 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatların gedişində Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra Üzeyir Hacıbəylinin, həmçinin Xurşidbanu Natəvanın və Bülbülün illərdir Azərbaycan İncəsənət Muzeyində saxlanılan güllələnmiş büstləri öz yerlərinə qaytarılıb. 30 ilə yaxın bir dövrdə yaralı heykəllər kimi qəbul etdiyimiz böyük sənətkarların abidələri yaşayıb yaratdığı el-obalarından didərgin düşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi, prinsipiallığı nəticəsində bu gün güllənmiş heykəllər Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doma yurdlarına qayıdıblar. Erməni mənəviyyatsızlığının, qəddarlığının nümunəsdir bu güllələnmiş heykəllər. Uzun illər Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılan Azərbaycanın görkəmli simaları qəribə bir tale yaşamış olsalar da bu gün rahat nəfəs alırlar.Müəllif vurğulayıb ki, ötən ilin sonlarında altı həftə davam edən müharibə zamanı Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib. Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalamağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə məcburi köçkünü Azərbaycanın işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərə qaytarmağı planlaşdırır. Müəllif onu da bildirib ki, Prezident İlham Əliyev, işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində layihələr reallaşır və çoxəsrlik zəngin mədəniyyəti, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi onun gələcək uğurlarından xəbər verir. Dövlət başçısının "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları Şuşanın gələcək inkişafı ilə bağlı böyük işlərin görülməsindən xəbər verir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalı bütün dünyaya səs saldı.Məqalə müəllifi Prezident İlham Əliyevin ağır döyüşlərdən sonra azad olunan Şuşaya artıq bir neçə dəfə səfər etdiyini və orada infrastruktur obyektlərinin açılışında iştirakını diqqətə çəkib. Azərbaycan Prezidenti, həmçinin on illər boyu erməni vəhşiliyinə məruz qalan Şuşanın turizm cənnətinə çevriləcəyini vəd edib.Həyat keçirilən layihələri diqqətlə izləyən müəllif məqaləsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Zəfər yolu tikildiyini, böyük yenidənqurma layihələri həyata keçirildiyini qeyd edir. İnfrastruktur layihələri çərçivəsində bölgədə bir neçə yeni elektrik stansiyası inşa edilib. Şuşada köhnə binaların sökülməsi, muzeylərin və mədəniyyət obyektlərinin bərpası işləri aparılır. Şuşa qalası təmir olunub, şəhərin mərkəzindəki erməni kilsəsində bərpa işləri davam edir.Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı onu deməyə əsas verir ki, tezliklə işğaldan azad olunan ərazilərimizdə yeni həyat başlayacaq.

sia.az

Digər xəbərlər