Hər bir əzərbaycanlı Vətən Müharibəsində “Dəmir Yumruq” siyasəti ilə Qələbə Zəfərinə nail olan Prezident İlham Əliyevin xalqına, dövlətinə qayğısını son 18 il prezidentlik fəaliyəti dövründə görüb və bu gün də görəməkdədir. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Dövlət başçısı, məhz Vətən müharibəsi dövründə erməni vəhşiliyindən zərərçəkən mülki şəxslərə göstərdii diqqət və qayğı, bununla bağlı imzaladığı sərəncamlar deyilənlərin reallığıdır.Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Maliyyə Nazirliyinə 5 200 000 manat vəsait ayrılıb. Göründüyü kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dövlətin yardım etməsi bir daha Prezident İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunun göstəricisidir.Rəsmi məlumatlara əsasən, müharibə dövründə 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb. Eyni zamanda 3326 yaşayış evi, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış evi yararsız hala düşüb.Prezident İlham Əliyev tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Həmin sərəncama əsasən, baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin bu sərəncamın icrasının təmin edilməsi üzrə baş nazir tərəfindən komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.44 günlük müharibə ərzində Ermənistan silahlı qüvvələrinin həmlələri nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Dekabrın 14-də Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir sərəncam imzalanıb. Sərəncama əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.Bundan əlavə, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib). Şəhid ailələrinə birdəfəlik yardım göstərilib (hər ailəyə 11 min manat olmaqla). Ümumilikdə indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.Göründüyü kimi, bütün bu işlərin görülməsi kifayət qədər böyük maliyyə vəsaitlərinin istifadəsini nəzərdə tutur, bu işlərin maliyyələşdirilməsi bir o qədər də asan deyil. Ancaq bu gün görülən işləri təsdiqləyən faktlar bir daha dövlətimiz qüdrətli olduğunu, daima öz vətəndaşını müdafiə etdiyini göstərir.Prezident İlham Əliyev xalqın hər bir nümayəndəsinə diqqət və qayğı göstərir. Azərbaycan xalqı isə hər zaman öz prezidentini dəstəkləyib onun arxasında olduğunu dəfələrlə nümayiş etdirir
sia.az