Terrorçuluq siyasəti Ermənistanın strategiyasının əsasını, dövlət maraqlarının qayəsini təşkil edir, deməkdə hər kəs haqlıdır və bu işğalçı ölkənin bu zamana qədər törətdiyi bütün terrorçu əməllər bunu deməyə əsas verir. Azərbaycanlılara qarşı istər ötən əsrin əvvəllərində, istərsə də sonlarında soyqırım siyasəti yürüdən Ermənistan saysız-hesabsız qırğınlar törətməklə təsdiq etdi ki, terrorçuluq bu ölkə üçün xaraktrikdir. Məsələ burasındadır ki, bütün bunlarla yanaşı Ermənistan Azərbaycana qarşı ekoloji terrora də əl atır, ölkəmizin fauna və florasına zərər verməkdən çəkinmir.
Ermənistan ərazisindən keçən bir çox çayların çirkləndirilməsi faktları barədə artıq çoxdandır ki, geniş məlumatlar yayılıb və demək olar ki, bu heç kim üçün sirr deyil. İndi davamlı olaraq çaylarımızın çirkləndirilməsi məlumat olaraq yenilik də deyil. Araşdırmalar təsdiq edir ki, ermənilər çaylarımızı bilərəkdən çirkləndirir və bununla Azərbaycan təbiətinə, fauna və florasına bacardığı qədər zərər vurmağa çalışırlar. İşğalçı ölkənin bu istiqamətdə etdikləri əlbəttə ki, ekoloji terror kimi qiymətləndirilir və halqı olaraq ictimai narazılığa səbəb olub. Məsələn, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub.
Məsələ burasındadır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terrorda, xüsusilə Qərb şirkətləri olmaqla, xarici şirkətlərin də iştirakı barədə çoxlu dəlillər, çoxsaylı faktlar var. Bir sözlə, Azərbaycana qarşı Ermənistanın həyata keçridiyi ekoloji terrorda xarici şirkətlər də iştirak edirlər. Heç də gizli deyil ki, Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb və bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti də yaxından iştirak edir. Bir sözlə, Almaniya kimi bir Avropa ölkəsinə aid olan şirkət nəinki Azərbaycanın su hövzələrinin çirkləndirilməsində, flora və faunasının məhv edilməsində, ekoloji terror törədilməsində, bir növ, ekosistemin korlanmasında və məhv edilməsində Ermənistanla birgə maraqları bölüşür. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, bu hala Almaniya hökuməti də saymazyana yanaşır. Məsələn, Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Bu müraciətə ölkənin Yaşıllar partiyasının saymazyana cavab verərək, Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirməsi isə, Almaniya kimi bir Avropa ölkəsi üçün həddindən artıq dərəcədə utancvericidir.
Doğrudur, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib və bu kampaniyaların da təşkilinin, Soros şəbəkəsinin ölkəmizdə şəxsi maraqları, beynəlxalq nüfuzumuzun, əlaqələrimizin, xarici tərəfdaşlarımızın sayının artması olmaqla, motivləri bəllidir. Bir sözlə, Soros şəbəkəsinin təsiri altında olan Almaniya mediasını başa düşmək çətin deyil. Amma, Almaniya mediası tərəfindən təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir ki, bax, bunu başa düşmək çətindir. O mənada başa düşmək çətindir ki, Almaniya kimi bir dövlət, özü də ən qabaqcıl Avropa ölkəsi necə olur ki, Soros kimi bir şər iblisinin əl oyuncağına çevrilməyi qəbul edir və oyunlarına alət olur?
Ən gülünc və məhz Almaniya üçün ən utancverici məqamlardan biri də odur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq istəyi və arzusu ilə mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Təbii ki, Almaniya kimi bir dövlət üçün bu, çox cılız addımdır və qəbuledilməzdir, hansıki, bu ölkə bunu özünə rava bildi. Bəli, heç şübhəsiz ki, bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir. Amma, heç bir cəhd, yaxud heç bir hal ekoloji terrora qarşı çıxmaq əvəzinə, terrorçunun tərəfində, yanında dayanıb terrora məruz qalana qarşı kampaniya təşkil etmək üçün əsas deyil və buna heç bir halda haqq qazandırıla bilməz.
Bu məsələdə, yəni Oxçuçayın çirkləndirilməsində, fauna və florasının məhv edilməsində, ekoloji terror məsələsində bir sıra diqqəti cəlb edən məsələlər də var və bunu da nəzərə almaq lazımdır. Beləki, Oxçuçayın çirkləndirilməsində dırnaqarası əməyi olan şirkət Almaniya şirkəti olsa da onun payçıları sırasında keçmiş prezident Serj Sarkisyan da var. Ermənistanda da bunu çox yaxşı bilirlər ki, eyni zamanda Almaniya vasitəsi ilə Serj Sarkisyan da bu bizneslə məşğuldur. Bu isə o deməkdir ki, Serj Sarkisyan kimi birindən heç bir etik, əxlaqi, yaxud normativlərə uyğun davranış gözləməyə dəyməz. Xocalı soyqırımını törətdiklərinə görə utanmaq əvəzinə bundan qürrələnən, bununla fəxr edən, bunu özünə qəhrəmanlıq sayan Sarkisyandan Oxçuçayın çirklədirilməsi ilə bağlı soruşmaq və buna görə onun utanacağını, yaxud hansısa məsuliyyət hissi keçirəcəyini, qanun qarşısında cavab verməli olduğunu başa düşəcəyini, dərk edəcəyini gözləmək sadəlövhlük olardı. Düzdür, bu o demək deyil ki, Sarkisyanın və onun kimilərinin həyasız olduqlarına görə onlara heç nə deyilməməlidir. Xeyr. Su hövzələrimizin çirklənməsinə, fauna və florasının məhv edilməsinə göz yümmaq, bunu qəbul etmək olmaz, baxmayaraq ki, onun arxasında hansı həyasız, yaxud normalara məhəl qoymayanlar dayanıb. Bununla mübarizə aparılmalıdır, onların hər biri qanun və qaydalar çərçivəsində hərəkət etmələri üçün vadar edilməlidir. Təbii ki, bunun üçün qanunlar, normativlər, beynəlxalq hüquq var və bu prinsplərə söykənərək onlar həm cəzalandırılmalı, həm də çəkindirilməlidirlər.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, bu şirkət Ermənistanın ən böyük vergi ödəyicisidir. Elə bu baxımdan da həmin şirkətin fəaliyyətində Ermənistan maraqlıdır. Xatıladırıq ki, bir zaman Paşinyan da ekoloji məsələlərlə bağlı o şirkəti hədəfə alanda məhz onun ən çox vergi ödəyicisi olduğu məsələsinə görə o şirkətin üzərinə getməkdən vaz keçmişdi. Amma, bu da Ermənistana əsas verə bilməz ki, ekoloji terrora əl atsın, Azərbaycanın su hövzələrini çirkləndirsin, fauna və florasını məhv etsin. Əsla buna yol verilməməlidir. Bunun üçün Ermənistan qarşısında şərtlər qoyulmalıdır. Biz artıq ölkə başçısının, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun döyüş əzmi, xalqımızın birliyi sayəsində ərazilərimizi işğaldan azad etmişik və əlimizdə, biri də ekoloji olmaqla çoxsaylı erməni terroru barədə yetərincə faktlar, dəlillər, sübutlar var. Məhz bu dəlil və sübutlar imkan verir ki, Ermənistan qarşısında şərt qoyulsun, qanunun tələbi ilə ermənilər digərləri ilə yanaşı ekoloji terrordan da çəkindirilsin, eyni zamanda buna görə qanun qarşısında cavab verdirsin.
Deyək ki, Ermənistan işğalçı, terrorçu ölkədir, bu ölkənin tarixində belə qanunsuz, normalara sığmayan hərəkətlər, hallar saysız hesabsızdır və bu ölkədən hansısa yüksək, ali prinspləri, məsələn, ekosistemi qorumalarını ummaq, yaxud gözləmək əbəsdir. Bu işğalçı və terrorçu ölkə yalnız dəmir yumruq və sanksiyalar fonunda hansısa bəd əməllərdən çəkindirilə bilər. Amma, əlbəttə ki, Almaniya kimi bir ölkənin şirkətinin ekoloji terrorda iştirakı, buna Almaniya hökumətinin heç bir reaksiya verməməsi, əksinə, terrorçunun yanında olaraq terrora məruz qalana qarşı kampaniya təşkil etməsi, belə bir saymazyana münasibət sərgiləməsi bir Avropa ölkəsi üçün çox rüsvayçıdır. Köhnə Qitənin bu yekəliyində ölkəsindən, Avropa mədəniyyəti, dəyərləri deyə bar-bar bağıran dövlətindən gözlənilən deyildi. Amma, əfsus ki, gözlənildi-gözlənilmədi bunun şahidi olduq. Hər bir halda, hansı dövlət olmasından asılı olmayaraq qanunsuzluğa, ələlxüsus ekoloji terrora son qoyulması tələb edilməli və həmin dövlət də qanun qarşısında cavab verməli, buna əməl etməlidir. Bəli, məhz qanun qarşısında. Çünki, bununla bağlı Avropa İttifaqının müvafiq qanunvericiliyi var, hansıki, onun vasitəsilə bu işi də görmək mümkündür. Azərbaycan, hər zaman olduğu kimi, ilk növbədə hüquqi müstəvidə hərəkət etməli, qanunun tələbləri ilə çıxış etməlidir və edəcək də.
Əlbəttə ki, qanunun tələbləri ilə yanaşı, eyni zamanda, mətbuat səviyyəsində, yəni, Almaniya mətbuatı, Almaniya mətbuatı səviyyəsində bu məsələnin qaldırılması, Ermənistanın, ermənilərin ekoloji terror törətməsi, buna da Almaniya şirkətinin rəvac verməsi məsələsi qaldırılmalıdır. İstər Almaniyada, istərsə də öz mədəniyyətindən, dəyərlərindən dəm vuran Avropanın digər ölkələrində də erməni terroruna Almaniya şirkətinin rəvac verməsi, bu terrora şərik olması barədə informasiyalar ictimaiyyətə çatdırılmalıdır. Bir növ, qanun müstəvisindən əlavə, qınaq obyektinə çevirmək yolu ilə də müsbət nəticələrə nail olmaq mümkündür. Çünki, ictimai qınaq Avropada çox böyük təsir gücünə malikdir. Heç şübhəsiz ki, məhz Avropa məkanında da ictimai fikir ekoloji terrora, ekosistemin məhv edilməsinə qarşı olmalıdır. Çünki, bir bölgədə su hövzəsinin çirkləndirilməsi, fauna və floranın məhv ediulməsi, ekoloji terror təkcə həmin bölgə üçün problem sayılmaz və ümumilikdə ekoloji tarazlığın pozulması planetimizin ümumi promidir ki, bu, onları, Avropadakı ölkələrin vətəndaşlarını da narahat etməlidir.